https://sputnik.az/20240529/bakida-tixaclarin-aradan-qaldirilmasi-ucun-novbeti-layihenin-icrasina-baslanilib---vdeo-465016195.html
Bakıda tıxacların aradan qaldırılması üçün növbəti layihənin icrasına başlanılıb - VİDEO
Bakıda tıxacların aradan qaldırılması üçün növbəti layihənin icrasına başlanılıb - VİDEO
Sputnik Azərbaycan
Budəfəki dəyişiklik Xəlil Rza Ulutürk küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsini əhatə edir. 29.05.2024, Sputnik Azərbaycan
2024-05-29T23:06+0400
2024-05-29T23:06+0400
2024-05-29T23:06+0400
tıxac
paytaxt xəbərləri
bakı
yerüstü nəqliyyat agentliyi
tədbirlər
prospekt
heydər əliyev prospekti
https://cdnn1.img.sputnik.az/img/42059/88/420598893_0:205:2000:1330_1920x0_80_0_0_129bbc33f391e437ec6b7fb4ce255d81.jpg
BAKI, 29 may — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərinin küçə və prospektlərində hərəkətin yenidən təşkili üzrə layihələrin icrası davam etdirilir. AYNA-dan verilən məlumata görə, yol hərəkətinin təkmilləşdirilməsi, sıxlıq və tıxac hallarının aradan qaldırılması məqsədilə Bakı şəhərində nəzərdə tutulan 7 layihədən ikincisinin icrasına başlanılıb. Budəfəki dəyişiklik Xəlil Rza Ulutürk küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsini əhatə edir. Hazırda Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən Nəqliyyat Mübadilə Mərkəzindən şəhərin bir çox istiqamətinə sərnişinlərin daşınması həyata keçirilir. Nəqliyyat Mübadilə Mərkəzindən Aeroport şosesi, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobusları Heydər Əliyev prospektindən istifadə edib, "Atletlər kəndi" boyunca dövrə vuraraq Ziya Bünyadov prospektinə istiqamətlənirlər. Mövcud şəraitdə bu istiqamətdə hərəkət edən 31 xətt üzrə 300-dən çox marşrut avtobusu Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Xəlil Rza Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi 1800 metrdən çox məsafə qət edir. AYNA tərəfindən ərazidə yol infrastrukturu və nəqliyyat axını təhlil edilib. Təklif layihəsi hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb. Yeni layihədə Nəqliyyat Mübadilə Mərkəzindən hərəkət edən müntəzəm marşrut avtobuslarının birbaşa Xəlil Rza Ulutürk küçəsindən istifadə edib Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən yolötürücünün üstündən geriyə dönərək, Aeroport şosesi, Qara Qarayev və Zabrat yoluna istiqamətlənməsi nəzərdə tutulur. Nəticədə Nəqliyyat Mübadilə Mərkəzindən Aeroport şosesi, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobuslarının dairəvi yol qovşağına kimi yürüş məsafəsi 900 m-ə kimi azalacaq. Bununla da Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Xəlil Rza Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi məsafədə marşrut avtobuslarının izafi yürüş məsafəsi 2,0 (48%) dəfə qısalacaq, 1 gedişə sərf olunan vaxt 7-8 dəqiqədən 3 dəqiqəyə kimi düşəcək. Bununla yanaşı, yürüşdən istifadə əmsalı 46% artmaqla, hərəkət tərkibinin texniki sürəti də 1,4 dəfə artacaq. Müvafiq olaraq, sözügedən istiqamət üzrə 31 xətt üzrə 300-dən çox marşrutun fəaliyyətdə olduğunu nəzərə alaraq, əlavə yanacaq sərfiyyatı və karbon emissiyası böyük miqyasda azalacaq. Həmçinin Heydər Əliyev prospektinin kənar yolundakı hərəkət sxemi layihə üzrə dəyişdirildikdə prospektin sözügedən hissəsində yaranan sıxlıq halları da azalacaq. Həyata keçiriləcək dəyişikliklər müntəzəm marşrut avtobuslarının hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına, sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin artırılmasına, atmosferə atılan karbon qazının səviyyəsi ilə yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradacaq.
heydər əliyev prospekti
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42059/88/420598893_211:0:1984:1330_1920x0_80_0_0_b22955ea597b56ff5e1e102d2c77de1d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tıxac, bakı, yerüstü nəqliyyat agentliyi, tədbirlər, prospekt, heydər əliyev prospekti
tıxac, bakı, yerüstü nəqliyyat agentliyi, tədbirlər, prospekt, heydər əliyev prospekti
Bakıda tıxacların aradan qaldırılması üçün növbəti layihənin icrasına başlanılıb - VİDEO
Budəfəki dəyişiklik Xəlil Rza Ulutürk küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsini əhatə edir.
BAKI, 29 may — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərinin küçə və prospektlərində hərəkətin yenidən təşkili üzrə layihələrin icrası davam etdirilir.
AYNA-dan verilən məlumata görə, yol hərəkətinin təkmilləşdirilməsi, sıxlıq və tıxac hallarının aradan qaldırılması məqsədilə Bakı şəhərində nəzərdə tutulan 7 layihədən ikincisinin icrasına başlanılıb.
Budəfəki dəyişiklik Xəlil Rza Ulutürk küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsini əhatə edir.
Hazırda Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən Nəqliyyat Mübadilə Mərkəzindən şəhərin bir çox istiqamətinə sərnişinlərin daşınması həyata keçirilir.
Nəqliyyat Mübadilə Mərkəzindən Aeroport şosesi, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobusları Heydər Əliyev prospektindən istifadə edib, "Atletlər kəndi" boyunca dövrə vuraraq Ziya Bünyadov prospektinə istiqamətlənirlər. Mövcud şəraitdə bu istiqamətdə hərəkət edən 31 xətt üzrə 300-dən çox marşrut avtobusu Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Xəlil Rza Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi 1800 metrdən çox məsafə qət edir.
AYNA tərəfindən ərazidə yol infrastrukturu və nəqliyyat axını təhlil edilib. Təklif layihəsi hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb.
Yeni layihədə Nəqliyyat Mübadilə Mərkəzindən hərəkət edən müntəzəm marşrut avtobuslarının birbaşa Xəlil Rza Ulutürk küçəsindən istifadə edib Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən yolötürücünün üstündən geriyə dönərək, Aeroport şosesi, Qara Qarayev və Zabrat yoluna istiqamətlənməsi nəzərdə tutulur. Nəticədə Nəqliyyat Mübadilə Mərkəzindən Aeroport şosesi, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobuslarının dairəvi yol qovşağına kimi yürüş məsafəsi 900 m-ə kimi azalacaq.
Bununla da Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Xəlil Rza Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi məsafədə marşrut avtobuslarının izafi yürüş məsafəsi 2,0 (48%) dəfə qısalacaq, 1 gedişə sərf olunan vaxt 7-8 dəqiqədən 3 dəqiqəyə kimi düşəcək. Bununla yanaşı, yürüşdən istifadə əmsalı 46% artmaqla, hərəkət tərkibinin texniki sürəti də 1,4 dəfə artacaq. Müvafiq olaraq, sözügedən istiqamət üzrə 31 xətt üzrə 300-dən çox marşrutun fəaliyyətdə olduğunu nəzərə alaraq, əlavə yanacaq sərfiyyatı və karbon emissiyası böyük miqyasda azalacaq.
Həmçinin Heydər Əliyev prospektinin kənar yolundakı hərəkət sxemi layihə üzrə dəyişdirildikdə prospektin sözügedən hissəsində yaranan sıxlıq halları da azalacaq.
Həyata keçiriləcək dəyişikliklər müntəzəm marşrut avtobuslarının hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına, sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin artırılmasına, atmosferə atılan karbon qazının səviyyəsi ilə yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradacaq.