https://sputnik.az/20240529/antonov-abs-in-rusiya-ile-tam-ticaret-embarqosu-tetbiq-etmek-tehdidlerini-qiymetlendirib-465010384.html
Antonov ABŞ-ın Rusiya ilə tam ticarət embarqosu tətbiq etmək təhdidlərini qiymətləndirib
Antonov ABŞ-ın Rusiya ilə tam ticarət embarqosu tətbiq etmək təhdidlərini qiymətləndirib
Sputnik Azərbaycan
ABŞ Rusiya Federasiyasını və digər dövlətləri cavab tədbirləri görməyə təhrik edir. 29.05.2024, Sputnik Azərbaycan
2024-05-29T20:16+0400
2024-05-29T20:16+0400
2024-05-29T20:48+0400
anatoli antonov
rusiya
abş
abş
https://cdnn1.img.sputnik.az/img/07e5/06/14/427266065_0:208:2901:1840_1920x0_80_0_0_e8cc9e65c4f2739954bdda2b8d2a88e2.jpg
BAKI, 29 may — Sputnik. ABŞ qurulmuş iqtisadi əlaqələri məhv etməyə hazırdır. Bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın Rusiya Federasiyası ilə tam ticarət embarqosu tətbiq etmək hədələrini şərh edərkən bildirib. O vurğulayıb ki, Amerika tərəfi bu cür hərəkət və bəyanatlarla fəxr etməməlidir. Diplomat qeyd edib ki, Birləşmiş Ştatlar "qurulmuş qlobal iqtisadi əlaqələri tamamilə məhv etməyə hazır olduğunu açıq şəkildə ifadə edir". "Ağ Ev rəsmilərinin özlərinin sözlərini düşünün - onlar 2022-ci ilin fevralından başlayaraq ABŞ-ın bütün dünyada fiziki və hüquqi şəxslərə qarşı 4,5 mindən çox məhdudiyyət tətbiq etdiklərini etiraf ediblər" - Rusiyanın ABŞ-dakı səfirliyi Antonov bildirib. Onun şərhi Rusiya Federasiyasının ABŞ-dakı səfirliyinin "Telegram" kanalında dərc edilib. Xatırladaq ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Dalip Sinqx iddia edib ki, Vaşinqton "sanksiya siyasətində Rusiya tərəfi ilə ticarətə hərtərəfli embarqo tətbiq etməyə qədər gedə bilər". Antonov vurğulayıb ki, bunun nəticəsində təkcə iri korporasiyalar deyil, həm də inkişaf etməkdə olan ölkələrdə kiçik və orta sahibkarlıq əziyyət çəkir. Diplomat əlavə edib ki, ABŞ Rusiya Federasiyasını və digər dövlətləri cavab tədbirləri görməyə təhrik edir. O xatırladıb ki, Rusiya iqtisadiyyatını heç bir embarqo və ya sanksiyalar məhv edə bilməyəcəq. "Vaşinqton, eləcə də onun əlaltıları məhdudiyyətlərdən daha çox itirəcək. Baxmayaraq ki, burada Avropanın iqtisadi maraqlarını az adam düşünür. Biz isə vəziyyətdən idxalı əvəzetmənin inkişafı üçün əlavə təkan kimi istifadə edirik, xüsusən də əsas sənaye sahələrində" - məlumatda bildirilib. Daha əvvəl Antonov ABŞ-ın yeni sanksiyalarının "qanunsuz hiylə" olduğunu bildirib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/14/427266065_85:0:2816:2048_1920x0_80_0_0_519addc7b66e8a8262802789c26c39bb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
anatoli antonov, abş, abş
anatoli antonov, abş, abş
Antonov ABŞ-ın Rusiya ilə tam ticarət embarqosu tətbiq etmək təhdidlərini qiymətləndirib
20:16 29.05.2024 (Yenilənib: 20:48 29.05.2024) ABŞ Rusiya Federasiyasını və digər dövlətləri cavab tədbirləri görməyə təhrik edir.
BAKI, 29 may — Sputnik. ABŞ qurulmuş iqtisadi əlaqələri məhv etməyə hazırdır.
Bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın Rusiya Federasiyası ilə tam ticarət embarqosu tətbiq etmək hədələrini şərh edərkən bildirib.
O vurğulayıb ki, Amerika tərəfi bu cür hərəkət və bəyanatlarla fəxr etməməlidir. Diplomat qeyd edib ki, Birləşmiş Ştatlar "qurulmuş qlobal iqtisadi əlaqələri tamamilə məhv etməyə hazır olduğunu açıq şəkildə ifadə edir".
"Ağ Ev rəsmilərinin özlərinin sözlərini düşünün - onlar 2022-ci ilin fevralından başlayaraq ABŞ-ın bütün dünyada fiziki və hüquqi şəxslərə qarşı 4,5 mindən çox məhdudiyyət tətbiq etdiklərini etiraf ediblər" - Rusiyanın ABŞ-dakı səfirliyi Antonov bildirib. Onun şərhi Rusiya Federasiyasının ABŞ-dakı səfirliyinin "Telegram" kanalında dərc edilib.
Xatırladaq ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Dalip Sinqx iddia edib ki, Vaşinqton "sanksiya siyasətində Rusiya tərəfi ilə ticarətə hərtərəfli embarqo tətbiq etməyə qədər gedə bilər".
Antonov vurğulayıb ki, bunun nəticəsində təkcə iri korporasiyalar deyil, həm də inkişaf etməkdə olan ölkələrdə kiçik və orta sahibkarlıq əziyyət çəkir. Diplomat əlavə edib ki, ABŞ Rusiya Federasiyasını və digər dövlətləri cavab tədbirləri görməyə təhrik edir.
O xatırladıb ki, Rusiya iqtisadiyyatını heç bir embarqo və ya sanksiyalar məhv edə bilməyəcəq.
"Vaşinqton, eləcə də onun əlaltıları məhdudiyyətlərdən daha çox itirəcək. Baxmayaraq ki, burada Avropanın iqtisadi maraqlarını az adam düşünür. Biz isə vəziyyətdən idxalı əvəzetmənin inkişafı üçün əlavə təkan kimi istifadə edirik, xüsusən də əsas sənaye sahələrində" - məlumatda bildirilib.
Daha əvvəl Antonov ABŞ-ın yeni sanksiyalarının "qanunsuz hiylə" olduğunu bildirib.