Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya "Taliban"la tam hüquqlu əlaqələr qurmağa yaxındır - Medvedev

© Sputnik / Юлия Зырянова / Mediabanka keçidRusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 28.05.2024
Abunə olmaq
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini deyib ki, əvvəllər "Taliban"ı terrorçu hesab edən Amerika hakimiyyəti indi terrorçuların ortağıdır.
BAKI, 28 may - Sputnik. Rusiya Əfqanıstanda yenidən hakimiyyətdə olan "Taliban"la tam hüquqlu əlaqələr qurmağa yaxındır.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. Onun sözlərinə görə, əgər əvvəllər "Taliban" terrorçu hesab olunurdusa, indi Amerika hakimiyyəti terrorçuların ortağıdır.
Medvedev Rusiyanın qlobal terrorizmlə mübarizə üçün yeni alyans yaratmalı olduğunu söyləyib.
O, Amerika isteblişmenti Rusiya Federasiyasına hibrid müharibə elan etməkdə günahlandırıb. Qeyd edib ki, ABŞ Bandera hökumətini (Ukrayna hakimiyyəti-red) qidalandırır və maliyyələşdirir.
Medvedev Baydeni tarixə qəsdən düzəliş etməyə cəhd göstərməkdə günahlandırıb.
"Ən "odioz" rejimləri dəstəkləmək ABŞ üçün yaxşı nəticələnməyəcək" - Rusiyalı siyasətçi əlavə edib.
Xəbər lenti
0