https://sputnik.az/20240528/ozbekistan-iqtisadiyyatinin-a-ye-qosulmasi-butun-istirakcilara-fayda-verecek---putine--464990147.html
Özbəkistan iqtisadiyyatının Aİİ-yə qoşulması bütün iştirakçılara fayda verəcək - Putin
Özbəkistan iqtisadiyyatının Aİİ-yə qoşulması bütün iştirakçılara fayda verəcək - Putin
Sputnik Azərbaycan
Rusiya prezidenti deyib ki, Aİİ-nin yaradılması zamanı qarşılıqlı öhdəliklər və şərtlərlə bağlı çoxlu mübahisələr yaranıb. Özbəkistana münasibətdə isə proses... 28.05.2024, Sputnik Azərbaycan
2024-05-28T19:15+0400
2024-05-28T19:15+0400
2024-05-28T21:13+0400
rusiya
aii
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
vladimir putin
özbəkistan
https://cdnn1.img.sputnik.az/img/07e8/05/1b/464960180_0:161:3071:1888_1920x0_80_0_0_fc8596e43dd48b70efd15a20fd8903a6.jpg
BAKI, 28 may - Sputnik. Özbəkistan iqtisadiyyatının Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması ilə bağlı danışıqlar prosesinin çətin olmasına baxmayaraq, bu, bütün iştirakçılar üçün faydalı olacaq. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.“Əgər Özbəkistan kimi bir iqtisadiyyat İttifaqa qoşulsa, məncə, bundan hamı faydalanacaq. Özbəkistan iqtisadiyyatının da öz bəhrəsini alması vacibdir. Amma bu, kifayət qədər mürəkkəb danışıqlar prosesindən keçir” - Putin Özbəkistana səfərin nəticələrinə dair keçirdiyi brifinqdə bildirib.O əlavə edib ki, Aİİ-nin yaradılması zamanı qarşılıqlı öhdəliklər və şərtlərlə bağlı çoxlu mübahisələr yaranıb. Özbəkistanın timsalında isə proses sakit və ardıcıl gedir. “İqtisadiyyatlarımız yaxınlaşır və inkişaf edir, bir çox birgə layihələr yaranır, gələcək əməkdaşlıq və inteqrasiya birliklərində iştirak sahəsində qarşılıqlı maraqların konturları tədricən formalaşır” - prezident qeyd edib. Avrasiya İqtisadi İttifaqı (Aİİ) beynəlxalq hüquqi subyekt kimi regional iqtisadi inteqrasiya üzrə beynəlxalq təşkilatdır. Avrasiya İqtisadi İttifaqı 29 may 2014-cü il tarixli Müqavilə ilə yaradılıb. Aİİ-nin üzvü olan ölkələr Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya Federasiyasıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/1b/464960180_170:0:2901:2048_1920x0_80_0_0_048d061f1122be86965789e6a927307d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aii, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, vladimir putin, özbəkistan
aii, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, vladimir putin, özbəkistan
Özbəkistan iqtisadiyyatının Aİİ-yə qoşulması bütün iştirakçılara fayda verəcək - Putin
19:15 28.05.2024 (Yenilənib: 21:13 28.05.2024) Rusiya prezidenti deyib ki, Aİİ-nin yaradılması zamanı qarşılıqlı öhdəliklər və şərtlərlə bağlı çoxlu mübahisələr yaranıb. Özbəkistana münasibətdə isə proses sakit və ardıcıl gedir,
BAKI, 28 may - Sputnik. Özbəkistan iqtisadiyyatının Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması ilə bağlı danışıqlar prosesinin çətin olmasına baxmayaraq, bu, bütün iştirakçılar üçün faydalı olacaq.
Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Əgər Özbəkistan kimi bir iqtisadiyyat İttifaqa qoşulsa, məncə, bundan hamı faydalanacaq. Özbəkistan iqtisadiyyatının da öz bəhrəsini alması vacibdir. Amma bu, kifayət qədər mürəkkəb danışıqlar prosesindən keçir” - Putin Özbəkistana səfərin nəticələrinə dair keçirdiyi brifinqdə bildirib.
O əlavə edib ki, Aİİ-nin yaradılması zamanı qarşılıqlı öhdəliklər və şərtlərlə bağlı çoxlu mübahisələr yaranıb. Özbəkistanın timsalında isə proses sakit və ardıcıl gedir.
“İqtisadiyyatlarımız yaxınlaşır və inkişaf edir, bir çox birgə layihələr yaranır, gələcək əməkdaşlıq və inteqrasiya birliklərində iştirak sahəsində qarşılıqlı maraqların konturları tədricən formalaşır” - prezident qeyd edib.
Avrasiya İqtisadi İttifaqı (Aİİ) beynəlxalq hüquqi subyekt kimi regional iqtisadi inteqrasiya üzrə beynəlxalq təşkilatdır. Avrasiya İqtisadi İttifaqı 29 may 2014-cü il tarixli Müqavilə ilə yaradılıb.
Aİİ-nin üzvü olan ölkələr Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya Federasiyasıdır.