Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin bu gün Mirziyoyevlə danışıqlar aparacaq

© Sputnik / POOL / Mediabanka keçidPutin və Mirziyoyev, arxiv
Putin və Mirziyoyev, arxiv - Sputnik Azərbaycan, 1920, 27.05.2024
Abunə olmaq
Rusiya Prezidenti Özbəkistanda səfərdədir.
BAKI, 27 may - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Özbəkistana dövlət səfərinin ikinci günündə respublika prezidenti Şavkat Mirziyoyev ilə danışıqlar aparacaq.
Rusiya lideri Özbəkistanın paytaxtına bazar günü gəlib.
Moskva və Daşkənd bir çox sahələrdə qarşılıqlı fəaliyyət göstərir: ticarət, enerji, sənaye əməkdaşlığı, hərbi-texniki əməkdaşlıq, mədəni və humanitar mübadilə.
Danışıqlarda liderlər ikitərəfli münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini müzakirə etmək, regional problemlər ətrafında fikir mübadiləsi aparmaq niyyətindədirlər. Onlar həmçinin Rusiya və Özbəkistanın Regionlar Şurasının ilk iclasında iştirak edəcəklər.
Kremlin mətbuat xidmətinin əvvəllər verdiyi məlumata görə, səfərdən sonra tərəflər “ikitərəfli sənədlərin möhkəm paketi”ni imzalamağı planlaşdırırlar.
Bu, Rusiya liderinin son iki həftə ərzində üçüncü xarici səfəri olacaq. On gün əvvəl Putin Çində, mayın 23-24-də isə Belarusda rəsmi səfərdə olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0