Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

RF və Özbəkistan beynəlxalq hüquqa əsaslanan nizam-intizamı toxunulmaz hesab edirlər

© Sputnik / Сергей БобылевRusiya prezidenti Vladimir Putin və Özbəkistan prezidenti Şavkat Mirziyoyev
Rusiya prezidenti Vladimir Putin və Özbəkistan prezidenti Şavkat Mirziyoyev - Sputnik Azərbaycan, 1920, 27.05.2024
Abunə olmaq
Rusiya prezidenti Vladimir Putin və Özbəkistan prezidenti Şavkat Mirziyoyev birgə bəyanat imzalayıblar.
BAKI, 27 may - Sputnik. Rusiya və Özbəkistan beynəlxalq hüquqa əsaslanaraq dünya nizamını pozmağı qəbuledilməz hesab edirlər. Bu barədə Rusiya prezidenti Vladimir Putin və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Kremlin saytında dərc olunmuş birgə bəyanatının mətnində deyilir.
“Beynəlxalq hüquqa əsaslanan hamılıqla tanınmış dünya nizamının pozulmasının yolverilməzliyi vurğulanıb”, - sənəddə bildirilir.
Bundan əlavə bəyanatda bildirilir ki, Rusiya və Özbəkistan beynəlxalq sülhün və təhlükəsizliyin qorunması məsələlərində ikili standartlar olmadan ədalətli dünya nizamının formalaşmasına töhfə vermək istəklərini təsdiqləyiblər.

“Tərəflər sivilizasiyaların müxtəlifliyinə, güc balansına və beynəlxalq münaqişənin bütün iştirakçılarının maraqlarına əsaslanan beynəlxalq sülh və təhlükəsizliyin qorunması məsələlərində ikili standartların tətbiqini istisna edən ədalətli dünya nizamının formalaşmasına, əlaqələri və bütün dövlətlərin təhlükəsizliyini təmin olunmasına töhfə vermək istəklərini təsdiqləyiblər”, - bəyanatda deyilir.

İki dövlət həmçinin millətlərarası harmoniyaya xələl gətirən yalan məlumatların yayılmasına qarşı durmaq barədə razılığa gəliblər.
“Tərəflər Rusiya Federasiyası və Özbəkistan Respublikası ilə bağlı mövzuların obyektiv və hərtərəfli işıqlandırılması, yalan məlumatların, o cümlədən millətlərarası harmoniyaya xələl gətirən məlumatların yayılmasına qarşı mübarizə məqsədilə informasiya sahəsində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər”, - bəyanatda deyilir.
Rusiya prezidenti Vladimir Putin dövlət səfəri ilə Özbəkistandadır. Bazar ertəsi səhər onun Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə danışıqları Kuksaroy iqamətgahında baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0