DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp vitse-prezidentliyə namizədinin adını açıqladı

© AP Photo / Rebecca BlackwellDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.07.2024
Abunə olmaq
Trampın fikrincə, ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışacaq ən uyğun şəxs Ohayodan olan senator Ceyms Devid Vansdır
BAKI, 15 iyul - Sputnik. ABŞ-ın eks-prezidenti Donald Tramp Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vensi ABŞ vitse-prezidentliyinə namizəd kimi irəli sürdüyünü açıqlayıb.
Bu barədə eks-prezident sahibi olduğu “Truth Social” sosial şəbəkəsində yazıb.
“Çox fikirləşdikdən sonra və bir çox başqalarının möhtəşəm istedadlarını nəzərə alaraq, qərara gəldim ki, ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışacaq ən uyğun şəxs Ohayodan olan senator Ceyms Devid Vansdır” – o, qeyd edib.
Xatırladaq ki, Tramp yenidən ABŞ Prezidentliyinə namizədliyini irəli sürüb. Birləşmiş Ştatlarda növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin olunub. Qalib 2025-ci ilin yanvarından başlayaraq 4 il müddətinə Ağ evə rəhbərlik edəcək.
26.05.24, 23:53
Tramp: ABŞ üçün əsas təhlükə xaricdən deyil, daxildəki faşistlərdən gəlir
ABŞ üçün əsas təhlükə xaricdən deyil, “kommunistlər və faşistlərdən” gəlir.
Müvafiq bəyanatı keçmiş dövlət başçısı Donald Tramp Vaşinqtonda Libertarların Milli Konvensiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkə daxilindəki bədxahlar ABŞ sakinlərinin hüquq və azadlıqlarına qəsd edirlər.
Tramp, həmçinin “digər ölkələrdə hökumətləri sonsuz devirmək və mənasız müharibələr aparmaq” deyil, ölkəni içəridəki hücumlardan qorumalı olduğunu düşündüyü qoşunların məqsədindən də danışıb.
Daha əvvəl Donald Tramp demişdi ki, onun varisi və hazırkı ABŞ lideri Co Bayden “ölkə tarixindəki ən pis prezident”dir.
Siyasətçi əmindir ki, ABŞ-ı axmaq və səriştəsiz insanlar idarə edir. Onun fikrincə, Ukrayna münaqişəsi məhz buna görə başlayıb və Qəzzadakı vəziyyət daha da pisləşib.
Xəbər lenti
0