Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Prezidenti Özbəkistanda səfərdədir

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 26.05.2024
Abunə olmaq
Putin və Mirziyoyev Rusiya və Özbəkistan Regionlar Şurasının ilk iclasında da iştirak edəcəklər.
BAKI, 26 may - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Özbəkistanın paytaxtı Daşkəndi ikigünlük səfərə gəlib.
“Report” xəbər verir ki, burada o, özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə danışıqlar aparacaq.
Əsas proqram sabaha nəzərdə tutulub. Hər iki dövlət başçıları Rusiya-Özbəkistan münasibətlərinin vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə edəcək, aktual regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Putin və Mirziyoyev Rusiya və Özbəkistan Regionlar Şurasının ilk iclasında da iştirak edəcəklər. Bundan başqa, səfər zamanı bir sıra birgə sənədlər imzalanacaq.
Agentlik qeyd edib ki, bu, Putinin yeni prezidentlik müddəti başlayandan bəri üçüncü xaricə səfəridir (inauqurasiya mayın 7-də baş tutub). Özbəkistana səfər dövlət səfəri statusuna malikdir (yəni ən yüksək diplomatik səviyyədir).
Xəbər lenti
0