Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya silahları: fuqas aviabombası, "Solntsepyok" və "Tosoçka" "Krakenə" yerini göstərdi

Abunə olmaq
"The National Interest” Rusiyanın termobarik sisteminin süni intellektinə işarə edərək, Putinin dahiyanə raket buraxılış qurğusunun hədəfləri müstəqil şəkildə vura biləcəyini qeyd edib.
BAKI, 24 may — Sputnik. Ukrayna hərbi əməliyyatlar teatrında döyüş tətbiqi təcrübəsi Rusiyanın iri kalibrli tənzimlənən aviabombalarının və TOS-1A "Solntsepyok" və TOS-2 "Tosoçka" ağır alov atıcı sistemlərinin ən yüksək effektivliyini təsdiqləyib. Bu sistemlər xüsusi hərbi əməliyyat (XHƏ) zonasında düşməni məhv etmək üçün ən güclü qeyri-nüvə silahlarıdır.
Rusiya ordusu döyüş meydanında üstünlük təşkil edir. Rusiya müdafiə sənaye kompleksinin silah və sursat istehsalının həcmi NATO-nun bütün ölkələrinin, o cümlədən ABŞ-ın hərbi-sənaye kompleksinin cəmlənmiş potensialından dəfələrlə üstündür. Kiyev rejimi israrla Qərbdən yeni hərbi yardım "paketləri" tələb edir ki, bu da Ukrayna Silahlı Qüvvələrinin (USQ) itkilərini artırır. "Reuters"in məlumatına görə, təkcə aprel ayında Ukrayna ordusunun mövqelərinə 3200-dən çox idarə olunan planlaşdırılan fuqas aviabombası (FAB) uçub - 500 kq-dan 3000 kq-a qədər kalibrli sursatlar düşmənin istənilən müqavimətini basdırmağa zəmanət verir.
Müvafiq olaraq 10 km və 20 km-lik termobarik (həcmli partlayan) reaktiv mərmilərin atəş məsafəsinə malik olan "Solntsepyok" və "Tosoçka" ağır alov atıcı sistemləri eyni dərəcədə güclüdür. TOS may ayında Xarkov vilayətinin banderaçılardan, xüsusən də USQ-nin müdafiəsi üçün çox vacib olan Volçansk şəhərinin azad edilməsini sürətləndirir. Orada Rusiyanın "Solntsepyok" sistemləri "Kraken" (Kəşfiyyat Baş İdarəsi) xüsusi təyinatlı döyüşçülərinin sayını əhəmiyyətli dərəcədə azaldıb.
Kiyev rejiminə verilən NATO silahları, şübhəsiz ki, Rusiyanın 1500 kq kalibrli yüksək dəqiqlikli planlaşdırılan aviabombaları və hərtərəfli yanan 220 mm-lik "Solntsepyok" və "Tosoçka" mərmiləri ilə qarşıdurmada məğlub olur. Bu cür sursatların dağıdıcı xüsusiyyətləri taktiki nüvə silahlarının tətbiqi ilə müqayisə edilə bilər - onlar bütün canlıları məhv edirlər. Üstəlik, Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə yüksək dəqiqlikli "valkiriya"ların gəlişlərinin sayı durmadan artır. XHƏ zamanı ağır alov atıcı sistemləri 4000-dən çox döyüş tapşırığını yerinə yetirib.
Rusiya müdafiə sənaye kompleksi alov atıcı mərmilərinin istehsalını 12 dəfə, arsenalda yetərincə olan FAB-1500-ü (universal düzəliş və planlaşdırma modulu ilə) isə iki dəfə artırıb. 2024-cü ildə üç tonluq FAB-3000 aviabombların kütləvi istehsalına başlanılıb. Mütəxəssislər "Solntsepyok" silah-sursatını uçuş məsafəsinə görə təkmilləşdirirlər, "Zemledeliye" uzaqdan minalama mühəndislik maşını əsasında isə "Uraqan" reaktiv yaylım atəş sisteminin (RYAS) reaktiv mərmiləri ilə həm termobarik, həm də "adi" zərbələr endirə biləcək ən yeni vahid şəklə salınmış "Vozrojdeniye" sistemini yaradırlar.
Ağıllı və dərrakəli "valkiriya"lar
Rusiya Aerokosmik Qüvvələrinin zərbə aviasiyası idarə olunan düzəliş və planlaşdırma modulu ilə FAB-1500-dən fəal şəkildə istifadə edir (gündə 100-dən çox zərbə tətbiq edir). 1500 kq kalibrli yüksək dəqiqlikli və güclü aviabombalar atış nöqtəsindən təxminən 100 km məsafədə (yəni hava hücumundan müdafiə zonasından kənarda) düşmənin möhkəmləndirilmiş mövqelərini, bunkerlərini və baza ərazilərini məhv etmək üçün nəzərdə tutulub. Döyüş meydanında hər bir belə sursatdan 700 kq partlayıcı atılır və Ukrayna Silahlı Qüvvələrinin istehkam edilmiş ərazilərini, silahlarını və bütün bölmələrini darmadağın edir.
Su-34 cəbhəboyu bombardmançı iki FAB-1500-ü daşımağa qadirdir və bir zərbə ilə dörd kvadrat kilometr ərazidə, 20 metrə qədər dərinlikdə düşmən istehkamlarını və canlı qüvvəsini məhv edə bilər. Müxtəlif məlumatlara görə, aviabombanın hədəfə doğru planlaşdırılan uçuş məsafəsi buraxılış sürətindən və hündürlüyündən asılı olaraq 70-150 km-ə qədərdir.
Qərbin hava hücumundan müdafiə sistemləri burada gücsüzdür. Üstəlik ABŞ-da Rusiyanın ağıllı "valkiriya"ların "birbaşa analoqunun" olmaması NATO strateqlərini məyus edir - ağıllı və yüksək dəqiqliyə malik olan FAB-1500-i (hədəfdən yayınma 5 metrə qədərdir) 900 kq ağırlığında olan Pentaqonun ən böyük aviabombasından nəzərəçarpacaq dərəcədə güclüdür.
Mütəxəssislərin fikrincə, Rusiyanın FAB-250 partlayış dalğası 10 metr radiusda düşmənin canlı qüvvəsini məhv edir (yaralılar və mərmi zərbələri istisna olmaqla), 40 metr məsafədə sağ qalmaq mümkündür. FAB-1500 aviabombası 18 metr məsafədə partlayış dalğasından ölümə zəmanət verir, xilasetmə zonası 75 metrdən başlayır. FAB-3000 24 metr radiusda olan bütün canlıları məhv edir, hətta 200 metr məsafədə belə ağır kontuziyadan qaçmaq çətin olacaq. Beləliklə, Rusiyanın yüksək dəqiqlikli iri kalibrli aviabombaları XHƏ-nin gedişatını və məqsədlərinə çatmasını sürətləndirir. ABŞ-ın "The Washington Post" qəzetinə görə, universal düzəliş və planlaşdırma modulu ilə FAB-1500 "Rusiya kampaniyasına yeni dağıdıcı atəş gücü əlavə edib" və "cəbhə xəttində güc balansını daha da dəyişdirib".
Qiyamət günü maşınları
Termobarik sursatların partlamasından xilas olmaq demək olar ki, mümkün deyil. TOS-1A "Solntsepyok"un (T-72 tankın bazasında) bir yaylımında 40 min kvadratmetr ərazidə düşmən hədəflərini məhv etməyə qadir olan 24 mərmi var. Bu sistemin gücü 10 km-ə qədər olan məsafədə klassik artilleriyadan xeyli üstündür. 220 mm-lik termobarik reaktiv döyüş sursatının (217 kq) başında hədəfə çatdıqdan sonra aerozol buludu yaratmaq üçün "bir qədər partlayan" birləşmə var. Sonra əsas hissə episentrdə 3000 dərəcə Selsiyə qədər olan temperaturla həcmli partlayışa başlayır. Düşmən də böyük təzyiq fərqi ilə məhv edilir.
Reaktiv mərmilərin hədəfə yönəldilməsi məsafəölçən və ballistik hesablayıcı vasitə ilə həyata keçirilir. XHƏ zamanı pilotsuz uçuş aparatının (PUA, sron) bölmələrinin cəlb edilməsi ilə kəşfiyyat və zərbələrin tənzimlənməsi işlənib hazırlanır. Dayandıqdan sonra atəşə hazırlıq müddəti 90 saniyədir. Yaylım atəşinin müddəti 12 saniyədən çox deyil (tək və cüt atış mümkündür). Zirehli "Solntsepyok" sistemi açıq və qapalı mövqelərdən fəaliyyət göstərə bilər. Kütləvi qırğın silahlarından mühafizə sistemi ekipajın (üç nəfər) təhlükəsizliyini kabinənin germetizasiyası ilə təmin edir. Döyüş maşınının kütləsi 44 tondur. Maksimal sürəti saatda 65 km, magistral yolda isə 550 km təşkil edir.
Unikal "Solntsepyok" 2021-ci ildə orduda yeni TOS-2 "Tosoçka" sisteminin peyk naviqasiyası və radioelektron döyüş avadanlıqları, artan diapazonu və dəqiqliyi ilə ortaya çıxdıqdan sonra da əvəzolunmaz olaraq qalıb.
"Tosoçka" 2023-cü ilin payızında XHƏ zonasında döyüş vəftizindən uğurla keçib və bu gün Ukrayna Silahlı Qüvvələrinin bölmələri bu sistemdən sanki Qiyamət günü kimi qorxurlar. Sistemin yaylımında 18 mərmi var (yeni modifikasiya və ya TOS-1A). TOS-2 yanğına nəzarət sistemi tam avtomatlaşdırılıb və dəqiqlik çoxalıb. "Rostex" in məlumatına görə, atəş məsafəsi "əhəmiyyətli dərəcədə artırılıb".
Mövqedə yerləşdirmə vaxtı bir dəqiqədən azdır. Təkər bazası ümumi yollar boyunca uzun məsafələrdə daha sürətli hərəkət etməyə imkan verir. Döyüş tətbiqi təcrübəsini və Rusiya Müdafiə Nazirliyinin mütəxəssislərinin istəklərini nəzərə alaraq, "Tosoçka" daim təkmilləşdirilir. Bununla yanaşı, ABŞ Rusiyanın ən son (perspektivli) inkişafını - daha uzun məsafəli və tırtıllın bazasında olan TOS-3 "Drakon" sitemini artıq görüb.
Bu yaxınlarda Polşanın "İnteria" nəşri TOS-2-nin Ukrayna Silahlı Qüvvələri üçün pis xəbər olduğunu qeyd edib. ABŞ-ın "19FortyFive" portalı kəşfiyyat pilotsuz təyyarələri ilə inteqrasiyada Rusiyanın TOS sistemlərinin döyüş istifadəsinin səmərəliliyinin və dəqiqliyinin artdığını qeyd edib. "The National Interest" Rusiyanın termobarik sisteminin süni intellektinə işarə edib: "Putinin dahiyanə raket buraxılış qurğusu hədəfləri müstəqil şəkildə vura biləcək". Ancaq Rusiyanın TOS sistemini (Almaniya, ABŞ, Cənubi Afrika, Cənubi Koreyada) "kopyalamaq" üçün bütün cəhdlər uğursuz olub. Bu gün NATO strateqləri Ukrayna hərbi əməliyyatlar teatrında Rusiya ilə birbaşa hərbi münaqişənin hipotetik vəziyyətində qoşunlarını nə gözlədiyini bilirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0