https://sputnik.az/20240524/qerbin-tezyiqi-altinda-olan-kiyev-butun-sulh-tesebbuslerinin-qarsisini-alir---bortnikov-464906992.html
Qərbin təzyiqi altında olan Kiyev bütün sülh təşəbbüslərinin qarşısını alır - Bortnikov
Qərbin təzyiqi altında olan Kiyev bütün sülh təşəbbüslərinin qarşısını alır - Bortnikov
Sputnik Azərbaycan
Rusiya FTX-nin direktoru Bişkekdə MDB-yə üzv ölkələrin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının iclasında bunları deyib. 24.05.2024, Sputnik Azərbaycan
2024-05-24T20:59+0400
2024-05-24T20:59+0400
2024-05-24T20:59+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
xüsusi hərbi əməliyyat
ukrayna
sergey narışkin
aleksandr bortnikov
terror
ukrayna hökuməti
silahlı qüvvələr
qərb
https://cdnn1.img.sputnik.az/img/40977/09/409770925_19:0:981:541_1920x0_80_0_0_97c109bfceb4c64d3033d932c807e142.jpg
BAKI, 24 may - Sputnik. Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov deyib ki, Kiyev Qərb himayədarlarının birbaşa təzyiqi altında sülh yolu ilə nizamlanma üçün istənilən konstruktiv beynəlxalq təşəbbüsləri əngəlləyir və bunun əvəzinə işlək olmayan “sülh düsturlarını” təkrarlayır.Aleksandr Bortnikov cümə günü Bişkekdə MDB-yə üzv ölkələrin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının iclasında çıxış edib.Bortnikovun sözlərinə görə, bundan əlavə, NATO ölkələrinin köməyi ilə dünyanın digər regionlarından terrorçuların kütləvi şəkildə Ukraynaya köçürülməsi davam edir və onların bir qismi MDB məkanında terrorizmin daha da genişlənməsi üçün istifadə olunur.FSB direktoru vurğulayıb ki, Kiyev döyüş meydanında qarşısına qoyduğu məqsədə çatmaq üçün real imkana malik olmadığı üçün total terrora keçib, Rusiya regionlarında mülki əhalini və mülki infrastrukturu sistematik şəkildə atəşə tutur, həmçinin Rusiya Federasiyasının sərhədyanı ərazilərində təxribat hücumları həyata keçirir.Bortnikov həmçinin qeyd edib ki, Kiyevin xüsusi xidmət orqanları sosial şəbəkələrdə ukraynayönlü millətçi birləşmələrin təbliğatı ilə gəncləri və yeniyetmələri fəal şəkildə terrorçuya cəlb edir.O, həmçinin bildirib ki, Moskva yaxınlığındakı “Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı araşdırmalar davam edir:Həmin iclasda Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin bildirib ki, cəbhədəki strateji təşəbbüsün Rusiyaya keçdiyini anlayan Qərb elitaları çaşqınlıq içində qalıblar.O, xatırladıb ki, il yarım ərzində Qərb siyasətçiləri “Rusiya Federasiyasının döyüş meydanında sözdə strateji məğlubiyyəti haqqında mızıldanıblar”.Xarici Kəşfiyyat Xidmətinin direktoru Qərbin İsveçrədə çağırdığı Ukrayna üzrə konfransı yalnız sülh axtarışını imitasiya etmək və dünya ölkələrinin əksəriyyətinin Ukraynanın tərəfində olduğunu təsəvvür etmək cəhdi adlandırıb. Əslində, Narışkinin fikrincə, bu belə deyil və buna görə də ABŞ Böyük Cənub adlanan ölkələri perspektivsiz konfransda iştirak etməyə məcbur etməyə çalışır.Bloomberg xəbər verib ki, ABŞ prezidenti Co Bayden, böyük ehtimalla, 15-16 iyunda İsveçrədə Ukrayna üzrə keçiriləcək konfransda iştirak etməyəcək. O, Kaliforniyada keçiriləcək öz seçki kampaniyası üçün vəsait toplama tədbirinini bundan üstün tutacaq. Agentlik mənbələrinin məlumatına görə, ABŞ-ın vitse-prezidenti Kamala Harris də İsveçrədəki konfransda iştirak etmək fikrində deyil.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40977/09/409770925_140:0:861:541_1920x0_80_0_0_09d9e09b8fda0656cf795048a74eb2aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, xüsusi hərbi əməliyyat, ukrayna, sergey narışkin, aleksandr bortnikov, terror, ukrayna hökuməti, silahlı qüvvələr, qərb
rusiya, xüsusi hərbi əməliyyat, ukrayna, sergey narışkin, aleksandr bortnikov, terror, ukrayna hökuməti, silahlı qüvvələr, qərb
Qərbin təzyiqi altında olan Kiyev bütün sülh təşəbbüslərinin qarşısını alır - Bortnikov
Rusiya FTX-nin direktoru Bişkekdə MDB-yə üzv ölkələrin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının iclasında bunları deyib.
BAKI, 24 may - Sputnik. Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov deyib ki, Kiyev Qərb himayədarlarının birbaşa təzyiqi altında sülh yolu ilə nizamlanma üçün istənilən konstruktiv beynəlxalq təşəbbüsləri əngəlləyir və bunun əvəzinə işlək olmayan “sülh düsturlarını” təkrarlayır.
Aleksandr Bortnikov cümə günü Bişkekdə MDB-yə üzv ölkələrin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının iclasında çıxış edib.
Bortnikovun sözlərinə görə, bundan əlavə, NATO ölkələrinin köməyi ilə dünyanın digər regionlarından terrorçuların kütləvi şəkildə Ukraynaya köçürülməsi davam edir və onların bir qismi MDB məkanında terrorizmin daha da genişlənməsi üçün istifadə olunur.
FSB direktoru vurğulayıb ki, Kiyev döyüş meydanında qarşısına qoyduğu məqsədə çatmaq üçün real imkana malik olmadığı üçün total terrora keçib, Rusiya regionlarında mülki əhalini və mülki infrastrukturu sistematik şəkildə atəşə tutur, həmçinin Rusiya Federasiyasının sərhədyanı ərazilərində təxribat hücumları həyata keçirir.
Bortnikov həmçinin qeyd edib ki, Kiyevin xüsusi xidmət orqanları sosial şəbəkələrdə ukraynayönlü millətçi birləşmələrin təbliğatı ilə gəncləri və yeniyetmələri fəal şəkildə terrorçuya cəlb edir.
O, həmçinin bildirib ki, Moskva yaxınlığındakı “Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı araşdırmalar davam edir:
"Lakin əminliklə deyə bilərik ki, Ukrayna hərbi kəşfiyyatı hücumla birbaşa bağlıdır".
Həmin iclasda Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin bildirib ki, cəbhədəki strateji təşəbbüsün Rusiyaya keçdiyini anlayan Qərb elitaları çaşqınlıq içində qalıblar.
O, xatırladıb ki, il yarım ərzində Qərb siyasətçiləri “Rusiya Federasiyasının döyüş meydanında sözdə strateji məğlubiyyəti haqqında mızıldanıblar”.
Xarici Kəşfiyyat Xidmətinin direktoru Qərbin İsveçrədə çağırdığı Ukrayna üzrə konfransı yalnız sülh axtarışını imitasiya etmək və dünya ölkələrinin əksəriyyətinin Ukraynanın tərəfində olduğunu təsəvvür etmək cəhdi adlandırıb. Əslində, Narışkinin fikrincə, bu belə deyil və buna görə də ABŞ Böyük Cənub adlanan ölkələri perspektivsiz konfransda iştirak etməyə məcbur etməyə çalışır.
Bloomberg xəbər verib ki, ABŞ prezidenti Co Bayden, böyük ehtimalla, 15-16 iyunda İsveçrədə Ukrayna üzrə keçiriləcək konfransda iştirak etməyəcək. O, Kaliforniyada keçiriləcək öz seçki kampaniyası üçün vəsait toplama tədbirinini bundan üstün tutacaq. Agentlik mənbələrinin məlumatına görə, ABŞ-ın vitse-prezidenti Kamala Harris də İsveçrədəki konfransda iştirak etmək fikrində deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.