QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Laçına diplomatik nümayəndələrin səfəri başlayıb

© Sputnik / Алексей КуденкоLaçın rayonu
Laçın rayonu - Sputnik Azərbaycan, 1920, 24.05.2024
Abunə olmaq
Səfər proqramında iqamətgahı Bakıda yerləşən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
BAKI, 24 may — Sputnik. Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri və hərbi attaşelərin mayın 24-də Laçına səfəri başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, səfər proqramında iqamətgahı Bakıda yerləşən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Səfərin məqsədi "Lachin Climate Action Dialogue"da iştirak etməkdir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan özünün tarixi ərazi bütövlüyünü təmin edib, konflikt artıq bitib:

"Biz burada gələcək haqqında danışacağıq. Laçın Həkəri sahilində yerləşən yaşayış məkanıdır, həm də Ermənistanla sərhəddə yerləşir. Sərhədin digərin tərəfində Ermənistan bayrağını görə bilərsiniz. Qeyd etdiyim kimi, konflikt artıq keçmişdə qaldı. Artıq sülh dövrüdür. Bəli, bu çətin prosesdir".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0