CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL 6 ayda nə qədər sərnişin daşıyıb?

© AFP 2023 / OZAN KOSEПассажирский самолет AZAL, фото из архива
Пассажирский самолет AZAL, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.07.2024
Abunə olmaq
AZAL-ın prezidenti deyib ki, artım beynəlxalq uçuşlarda 60,2%, ölkədaxili uçuşlarda isə 10,15% təşkil edib.
BAKI, 12 iyul — Sputnik. Bu ilin I yarısında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sərnişinlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 47,3% çox olub.
Bunu AZAL-ın prezidenti Samir Rzayev bildirib.
Onun sözlərinə görə, artım beynəlxalq uçuşlarda 60,2%, ölkədaxili uçuşlarda isə 10,15% təşkil edib.
Belə ki, aviaşirkət yanvar-iyun aylarında 1,812 milyon sərnişin daşıyıb. Bunun 1,462 milyonu beynəlxalq, 350 mini isə ölkə daxilində daşınıb.
24.05.24, 23:56
AZAL-dan Gürcüstana səfər edənlərə xəbərdarlıq!
İyunun 1-dən xarici vətəndaşlar Gürcüstan ərazisinə yalnız səyahət sığortası ilə giriş edə biləcəklər. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.
Əgər Gürcüstanda nəzərdə tutduğunuz müddətdən artıq qalırsınızsa, sığortanın müddətini onlayn uzada və yaxud Gürcüstandakı sığorta şirkətlərindən sığorta ala bilərsiniz.
Qurum sərnişinlərdən yeni qaydaları nəzərə almağı xahiş edir.
Qeyd edək ki, iyunun 1-dən Gürcüstan ərazisinə xarici vətəndaşların girişi yalnız səfər sığortası ilə mümkün olacaq. sığortanın olmamasına görə 300 lari (186 manat) cərimə tətbiq ediləcək.
Cəriməni 1 ay ərzində ödəməyənlər üçün məbləğ 3 dəfə artaraq 900 lari (558 manat) olacaq.
Gürcüstana səfər edəcək Azərbaycan vətəndaşları da yerli sığorta şirkətlərindən səfər sığortası almalıdırlar. Qiymət səfərin müddətindən asılıdır. Sığorta edilərkən 5 000 ABŞ dolları dəyərində ambulator ve təcili yardım xidmətləri, eləcə də 30 000 ABŞ dolları dəyərində stasionar xidmətlər üçün təminat verilməlidir.
Əgər vətəndaş Gürcüstanda nəzərdə tutduğu müddətdən artıq qalmalı olsa, sığortanın müddətini onlayn uzada və yaxud Gürcüstandakı sığorta şirkətlərindən də əlavə səfər sığortası ala bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0