https://sputnik.az/20240523/behreyn-krali-kremlde-putinle-danisiqlar-aparib-464867860.html
Bəhreyn kralı Kremldə Putinlə danışıqlar aparıb
Bəhreyn kralı Kremldə Putinlə danışıqlar aparıb
Sputnik Azərbaycan
Prezident Putin investisiya sahəsində qarşılıqlı fəaliyyətin daha əlverişli olduğunu qeyd edib. 23.05.2024, Sputnik Azərbaycan
2024-05-23T20:22+0400
2024-05-23T20:22+0400
2024-05-23T20:37+0400
rusiya prezidenti vladimir putin
rusiya
bəhreyn krallığı
bəhreyn
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e8/05/17/464866053_0:0:2925:1646_1920x0_80_0_0_81dc4a905e257ab02c0174aef608565f.jpg
BAKI, 23 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin mayın 23-də Moskvada Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifə ilə görüşüb. Danışıqlar zamanı dövlət başçısı iki ölkə arasında ticarət əməkdaşlığının inkişaf tendensiyalarının yaxşı olduğunu bildirib. Bu barədə Rusiya mediası xəbər verib. Vladimir Putin əlavə edib ki, hazırda investisiya əməkdaşlığı üçün daha əlverişli vəziyyət yaranır. "Ticarət əlaqələrinin səviyyəsinə gəlincə, onlar, təəssüf ki, hələ də simvolik xarakter daşıyır, lakin tendensiyalar yaxşıdır" - Rusiya prezidenti deyib. Xatırladaq ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, görüş məhdud tərkibdə keçirilir. Görüş zamanı siyasətçilər həmçinin müxtəlif sahələrdə Rusiya-Bəhreyn əməkdaşlığının vəziyyəti və imkanlarını, eləcə də beynəlxalq gündəmdəki aktual məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyəti də müzakirə edəcəklər.
bəhreyn
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/17/464866053_147:0:2876:2047_1920x0_80_0_0_27008f6df8f35b7462a513c17067d679.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, bəhreyn krallığı, bəhreyn, vladimir putin
rusiya prezidenti vladimir putin, bəhreyn krallığı, bəhreyn, vladimir putin
Bəhreyn kralı Kremldə Putinlə danışıqlar aparıb
20:22 23.05.2024 (Yenilənib: 20:37 23.05.2024) Prezident Putin investisiya sahəsində qarşılıqlı fəaliyyətin daha əlverişli olduğunu qeyd edib.
BAKI, 23 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin mayın 23-də Moskvada Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifə ilə görüşüb. Danışıqlar zamanı dövlət başçısı iki ölkə arasında ticarət əməkdaşlığının inkişaf tendensiyalarının yaxşı olduğunu bildirib.
Bu barədə Rusiya mediası xəbər verib.
Vladimir Putin əlavə edib ki, hazırda investisiya əməkdaşlığı üçün daha əlverişli vəziyyət yaranır.
"Ticarət əlaqələrinin səviyyəsinə gəlincə, onlar, təəssüf ki, hələ də simvolik xarakter daşıyır, lakin tendensiyalar yaxşıdır" - Rusiya prezidenti deyib.
Xatırladaq ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, görüş məhdud tərkibdə keçirilir. Görüş zamanı siyasətçilər həmçinin müxtəlif sahələrdə Rusiya-Bəhreyn əməkdaşlığının vəziyyəti və imkanlarını, eləcə də beynəlxalq gündəmdəki aktual məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyəti də müzakirə edəcəklər.