Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda avtobusdan yıxılan qadın təkərin altında qalaraq ölüb

© Sputnik / Elvin AhmadBakıda avtobus
Bakıda avtobus - Sputnik Azərbaycan, 1920, 22.05.2024
Abunə olmaq
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.
BAKI, 22 may — Sputnik. Bakı şəhərinin Sabunçu rayonunda avtobusdan yıxılan qadın təkərin altında qalıb.
Məhərrəmov Sarvan Şahlar oğlunun idarə etdiyi "Daewoo" markalı avtobus Bakı şəhəri, Sabunçu rayonu, Babək küçəsi 157 ünvanında yerləşən "Ayxan" marketin yaxınlığında yerləşən dayanacaqdan hərəkətə başlayarkən avtobusun içərisində olan sərnişin - 1964-cü il təvəllüdlü Cəfərova Tamella Nadir qızı ön giriş qapısından yıxılaraq avtobusun ön sağ təkəri altına düşüb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Xəbər lenti
0