Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiyanın aviazərbələri Ukraynada qorxu yaradıb

© Sputnik / Евгений Биятов / Mediabanka keçidKa-52 helikopterləri
Ka-52 helikopterləri - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Abunə olmaq
Ukraynalı hərbi sənaye işçisinə istinadən qeyd edilib ki, elektrik enerjisi ilə bağlı problemlər hasilatı ləngidir və onun maya dəyərini artırır.
BAKI, 21 may — Sputnik. Ukrayna hakimiyyəti enerji infrastrukturunun məhv edilməsinin hərbi sənayelərinə zərər verəcəyindən narahatdır. Bunu "The New York Times" yazır.

"Rusiya tərəfindən artan hava hücumları elektrik enerjisinin kəsilməsinin təkcə adi istehlakçılara deyil, həm də xüsusən ən çox tələbat olduğu zaman Ukraynanın müdafiə sənayesinə təsir edəcəyindən qorxurlar" - yazıda bildirilir.

Ukraynalı hərbi sənaye işçisinə istinadən qeyd edilib ki, elektrik enerjisi ilə bağlı problemlər hasilatı ləngidir və onun maya dəyərini artırır.
Bir gün əvvəl Ukrayna Ali Radasının "Batkivşina"dan olan deputatı Aleksey Kuçerenko deyib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna infrastrukturuna hücumlarla ölkədəki istilik elektrik stansiyalarının gücünün təxminən 90 faizini sıradan çıxarıb və Vladimir Zelenski bu barədə vətəndaşlara açıq şəkildə məlumat verməlidir.
Xüsusi Hərbi Əməliyyat
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0