Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya BMT-dəki səsvermənin nəticələrindən təəssüflənir - Zaxarova

© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Abunə olmaq
Rusiya XİN sözçüsü deyir ki, ABŞ və müttəfiqləri müvafiq ABŞ-Yaponiya qətnamə layihəsinin inkişafı üşün Moskva və Pekinin təkliflər təşəbbüsünə qarşı çıxıblar.
BAKI, 21 may — Sputnik. Moskva BMT Təhlükəsizlik Şurasında Rusiya-Çin qətnaməsi üzrə kosmosa silah yerləşdirilməməsi ilə bağlı səsvermənin nəticələrindən məyus olub. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Rusiya tərəfindən Çinin həmmüəllifliyi ilə BMT Təhlükəsizlik Şurasına baxılmaq üçün təqdim edilmiş kosmosda silahlanma yarışının qarşısının alınması və kosmosun təhlükəsizliyinə dair qətnamə layihəsi üzrə səsvermənin nəticələri məyusedicidir" - XİN sözçüsünün bəyanatında deyilir.

Onun sözlərinə görə, ABŞ və müttəfiqləri müvafiq ABŞ-Yaponiya qətnamə layihəsinin inkişafı üçün Moskva və Pekinin təkliflər təşəbbüsünə qarşı çıxıblar.
O qeyd edib ki, bu yolla ABŞ və onun müttəfiqləri bir daha kosmosda özlərinin əsl prioritetlərini nümayiş etdiriblər. XİN sözçüsünə görə, onların məqsədi kosmosu istənilən növ silahlardan qorumaq deyil, kosmosa silah yerləşdirmək və onu hərbi qarşıdurma yerinə çevirməkdir.
"Lakin ABŞ və müttəfiqlərinin ucbatından kosmosda silahlanma yarışının qarşısının alınması üçün daha bir fürsət, təəssüf ki, əldən verilib" - Zaxarova əlavə edib.
Onun sözlərinə görə, Rusiya Federasiyası kosmosu istənilən növ silahlardan azad etməyə və onun başqa bir gərginlik və silahlı qarşıdurma sahəsinə çevrilməsinin qarşısını almağa çalışacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0