https://sputnik.az/20240520/reisinin-itkin-dusmus-helikopterinin-axtarisina-komek-etmeye-haziriq---rusiya-xn-464759697.html
Putin Rəisinin helikopterinin axtarışı üçün xilasedicilərin göndərilməsini tapşırıb
Putin Rəisinin helikopterinin axtarışı üçün xilasedicilərin göndərilməsini tapşırıb
Sputnik Azərbaycan
İranın birinci vitse-prezidenti yardım göstərməyə hazır olduqları üçün Rusiya hökumətənə və şəxsən Vladimir Putinə təşəkkür edib. 20.05.2024, Sputnik Azərbaycan
2024-05-20T02:20+0400
2024-05-20T02:20+0400
2024-05-20T10:01+0400
rusiya
iran
ibrahim rəisi
əmir abdullahiyan
prezident ilham əliyev
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
mariya zaxarova
rusiya xin
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0d/463213974_0:0:3072:1728_1920x0_80_0_0_61ef380ffb0452f51f4be121d153b9c9.jpg
BAKI, 20 may - Sputnik. Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzası zamanı axtarışlara kömək etmək məqsədi ilə iki təyyarə və helikopterdən ibarət 50 nəfərlik xilasedici qrupun göndərilməsi barədə göstəriş verib.Bu barədə Rusiya Prezidentinin müşaviri İqor Levitin İranın birinci vitse-prezidenti Məhəmməd Möhbərlə telefon danışığı zamanı bildirib.Levitin deyib ki, Putin vəziyyəti əvvəldən izləyir.İranın birinci vitse-prezidenti yardım göstərməyə hazır olduqları üçün Rusiya hökumətənə və şəxsən Vladimir Putinə təşəkkür edib.19.05.24, 22:55Rəisinin itkin düşmüş helikopterinin axtarışına kömək etməyə hazırıq - Rusiya XİNMoskva itkin düşən vertolyotun axtarışında və insidentin səbəblərinin araşdırılmasında lazımi yardımı göstərməyə hazırdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova göyərtəsində İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahyan olan helikopterin qəzaya uğramasını şərh edərkən deyib. Daha əvvəl məlum olub ki, vertolyot qəzası ölkənin şimal-qərbində Verzeqan bölgəsində baş verib. Fövqəladə vəziyyətin baş verdiyi əraziyə xilasedicilər göndərilib və hazırda axtarışlar aparılır. “Biz üçüncü helikopterin sərnişinlərinin taleyi ilə bağlı yayılan məlumatları diqqətlə izləyirik, onların arasında başda prezident Rəisi olmaqla İranın yüksək rütbəli nümayəndələri var. Səmimi qəlbdən ümid edirik ki, onlar sağ-salamatdırlar və onların həyatına, sağlamlıqlarına heç bir təhlükə yoxdur” - deyə Zaxarova Telegram kanalında bildirib. Xatırladaq ki, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər. Prezidentlərin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0d/463213974_341:0:3072:2048_1920x0_80_0_0_e50c4374293a1e501df520fcd2483554.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, ibrahim rəisi, əmir abdullahiyan, prezident ilham əliyev, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, rusiya xin
iran, ibrahim rəisi, əmir abdullahiyan, prezident ilham əliyev, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, rusiya xin
Putin Rəisinin helikopterinin axtarışı üçün xilasedicilərin göndərilməsini tapşırıb
02:20 20.05.2024 (Yenilənib: 10:01 20.05.2024) İranın birinci vitse-prezidenti yardım göstərməyə hazır olduqları üçün Rusiya hökumətənə və şəxsən Vladimir Putinə təşəkkür edib.
BAKI, 20 may - Sputnik. Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzası zamanı axtarışlara kömək etmək məqsədi ilə iki təyyarə və helikopterdən ibarət 50 nəfərlik xilasedici qrupun göndərilməsi barədə göstəriş verib.
Bu barədə Rusiya Prezidentinin müşaviri İqor Levitin İranın birinci vitse-prezidenti Məhəmməd Möhbərlə telefon danışığı zamanı bildirib.
Levitin deyib ki, Putin vəziyyəti əvvəldən izləyir.
İranın birinci vitse-prezidenti yardım göstərməyə hazır olduqları üçün Rusiya hökumətənə və şəxsən Vladimir Putinə təşəkkür edib.
Rəisinin itkin düşmüş helikopterinin axtarışına kömək etməyə hazırıq - Rusiya XİN
Moskva itkin düşən vertolyotun axtarışında və insidentin səbəblərinin araşdırılmasında lazımi yardımı göstərməyə hazırdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova göyərtəsində İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahyan olan helikopterin qəzaya uğramasını şərh edərkən deyib.
Daha əvvəl məlum olub ki, vertolyot qəzası ölkənin şimal-qərbində Verzeqan bölgəsində baş verib. Fövqəladə vəziyyətin baş verdiyi əraziyə xilasedicilər göndərilib və hazırda axtarışlar aparılır.
“Biz üçüncü helikopterin sərnişinlərinin taleyi ilə bağlı yayılan məlumatları diqqətlə izləyirik, onların arasında başda prezident Rəisi olmaqla İranın yüksək rütbəli nümayəndələri var. Səmimi qəlbdən ümid edirik ki, onlar sağ-salamatdırlar və onların həyatına, sağlamlıqlarına heç bir təhlükə yoxdur” - deyə Zaxarova Telegram kanalında bildirib.
Xatırladaq ki, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər. Prezidentlərin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.