https://sputnik.az/20240518/slam-bankciligi-uzre-pilot-layihe-moskva-ve-sankt-peterburqda-da-icra-olunacaq--464722091.html
İslam bankçılığı üzrə pilot layihə Moskva və Sankt-Peterburqda da icra olunacaq
İslam bankçılığı üzrə pilot layihə Moskva və Sankt-Peterburqda da icra olunacaq
Sputnik Azərbaycan
"Sberbank"ın baş vitse-prezidenti bildirib ki, İslam bankçılığı sahəsində çalışan işçilərin geyim forması klassik formadan fərqlənir. Belə ki, qızlar başlarını... 18.05.2024, Sputnik Azərbaycan
2024-05-18T10:29+0400
2024-05-18T10:29+0400
2024-05-18T10:29+0400
rusiya
islam
bank
rusiya
layihə
kazan
forum
iqtisadi
cənubi qafqaz
müsəlman
https://cdnn1.img.sputnik.az/img/30109/81/301098112_0:39:600:377_1920x0_80_0_0_2bc0f8eb8e349f0aa49f03ff4a6b8d09.jpg
BAKI, 18 may - Sputnik. İslam bankçılığı üzrə pilot layihə Moskva, Moskva vilayəti və Sankt-Peterburq da daxil olmaqla bir sıra regionlara şamil edilməlidir. Bunu "Sberbank"ın baş vitse-prezidenti Oleq Qaneyev Rusiya və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin “Rusiya - İslam Dünyası: KazanForum” forumunun kuluarlarında RİA Novosti-yə müsahibəsində bildirib.Bundan əlavə, onun sözlərinə görə, təcrübəni Volqa bölgəsində, Uzaq Şimalda - "bir çox növbəli işçinin ənənəvi olaraq işlədiyi yerdə" genişləndirmək istəyi var.“Eksperiment genişləndirilə bilər, qanunda müvafiq mexanizmlər hazırlanır”, - bank rəsmisi qeyd edib.Bankın baş vitse-prezidenti onu da bildirib ki, İslam bankçılığı sahəsində kadr çatışmazlığı müşahidə edilir və bu sahədə işçilər hazırlanırQaneyevin sözlərinə görə, bütün bank işçiləri, əlbəttə ki, bu sahədə təlim keçirlər və ümumi və xüsusi biliklərə malik olmalıdırlar: məhsullar, xidmətlər və müştəri bazası.“Yeri gəlmişkən, bizim auditoriyamız regiondan regiona görə fərqlənir – məsələn, Qafqazda tərəfdaşlığın maliyyələşdirilməsi seqmentində kiçik biznesin çoxlu nümayəndələri var", - o, əlavə edib.Bundan əlavə, onun sözlərinə görə, etik maliyyə sahəsində çalışan işçilərin geyim forması da klassik formadan fərqlənir.İslam bankçılığının tətbiqi üzrə iki illik təcrübə keçən il sentyabrın 1-də Dağıstan, Çeçenistan, Başqırdıstan və Tatarıstanda başlayıb.Mayın 14-19-da Kazanda Rusiya və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin “Rusiya - İslam Dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumu keçirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/30109/81/301098112_39:0:542:377_1920x0_80_0_0_d1d5651eaeb72d662119b1fe3adfd742.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
islam, bank, rusiya, layihə, kazan, forum, iqtisadi, cənubi qafqaz, müsəlman, defisit, işçi
islam, bank, rusiya, layihə, kazan, forum, iqtisadi, cənubi qafqaz, müsəlman, defisit, işçi
İslam bankçılığı üzrə pilot layihə Moskva və Sankt-Peterburqda da icra olunacaq
"Sberbank"ın baş vitse-prezidenti bildirib ki, İslam bankçılığı sahəsində çalışan işçilərin geyim forması klassik formadan fərqlənir. Belə ki, qızlar başlarını örtüb uzun paltarda işləyirlər.
BAKI, 18 may - Sputnik. İslam bankçılığı üzrə pilot layihə Moskva, Moskva vilayəti və Sankt-Peterburq da daxil olmaqla bir sıra regionlara şamil edilməlidir. Bunu "Sberbank"ın baş vitse-prezidenti Oleq Qaneyev Rusiya və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin “Rusiya - İslam Dünyası: KazanForum” forumunun kuluarlarında RİA Novosti-yə müsahibəsində bildirib.
“Əvvəla, müsəlmanların çoxluq təşkil etdiyi bölgələr, məsələn, Şimali Qafqaz respublikaları... Və, əlbəttə ki, pilot Moskva, Sankt-Peterburq və Moskva bölgəsini daxil etməlidir: Əhalisinin çoxluğuna görə burada bir çox müsəlman mütləq şəkildə yaşayır. Burada bizim böyük müştəri bazamız olacaq”, - deyə o bildirib.
Bundan əlavə, onun sözlərinə görə, təcrübəni Volqa bölgəsində, Uzaq Şimalda - "bir çox növbəli işçinin ənənəvi olaraq işlədiyi yerdə" genişləndirmək istəyi var.
“Eksperiment genişləndirilə bilər, qanunda müvafiq mexanizmlər hazırlanır”, - bank rəsmisi qeyd edib.
Bankın baş vitse-prezidenti onu da bildirib ki, İslam bankçılığı sahəsində kadr çatışmazlığı müşahidə edilir və bu sahədə işçilər hazırlanır
Qaneyevin sözlərinə görə, bütün bank işçiləri, əlbəttə ki, bu sahədə təlim keçirlər və ümumi və xüsusi biliklərə malik olmalıdırlar: məhsullar, xidmətlər və müştəri bazası.
“Yeri gəlmişkən, bizim auditoriyamız regiondan regiona görə fərqlənir – məsələn, Qafqazda tərəfdaşlığın maliyyələşdirilməsi seqmentində kiçik biznesin çoxlu nümayəndələri var", - o, əlavə edib.
Bundan əlavə, onun sözlərinə görə, etik maliyyə sahəsində çalışan işçilərin geyim forması da klassik formadan fərqlənir.
"Məsələn, qızlar başlarını örtüb uzun paltarda işləyirlər", - Qaneyev bildirib.
İslam bankçılığının tətbiqi üzrə iki illik təcrübə keçən il sentyabrın 1-də Dağıstan, Çeçenistan, Başqırdıstan və Tatarıstanda başlayıb.
Mayın 14-19-da Kazanda Rusiya və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin “Rusiya - İslam Dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumu keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.