https://sputnik.az/20240518/parisi-yeni-kaledoniyadaki-etiraz-aksiyalarinda-zorakiliqdan-cekinmeye-cagiririq---rf-xn-464728913.html
Parisi Yeni Kaledoniyadakı etiraz aksiyalarında zorakılıqdan çəkinməyə çağırırıq - RF XİN
Parisi Yeni Kaledoniyadakı etiraz aksiyalarında zorakılıqdan çəkinməyə çağırırıq - RF XİN
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyi Fransa Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı çağırış edib. 18.05.2024, Sputnik Azərbaycan
2024-05-18T15:17+0400
2024-05-18T15:17+0400
2024-05-18T15:17+0400
rusiya
yeni kaledoniya
rusiya
fransa
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
xalq
səsvermə
etiraz
həlak
yaralananlar
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463060938_0:178:3008:1870_1920x0_80_0_0_6befe712bead2a466ff547148fb2385f.jpg
BAKI, 18 may - Sputnik. Rusiya Fransanı Yeni Kaledoniyada etirazçılara qarşı zorakılıqdan çəkinməyə çağırıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.Diplomat əlavə edib ki, Moskva Yeni Kaledoniyadakı böhranı onun müstəmləkəsizləşdirilməsinin natamam prosesinin nəticəsi kimi qiymətləndirir və “Fransanın keçmiş müstəmləkələrinə, adı dəyişdirilərək xaricdəki ərazilərə qarşı siyasətinin dalana dirəndiyini” təsdiqləyir.Bazar ertəsi paytaxt Numeada keçirilən dinc nümayiş dükanların, apteklərin, yanacaqdoldurma məntəqələrinin və avtomobillərin yandırılması və talan edilməsi ilə qırğınlara çevrilib. Yüzlərlə insan, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşı yaralanıb. İkisi jandarm olmaqla 5 nəfər həlak olub.Sakinlər Parisdə 10 ildən çox Yeni Kaledoniyada yaşayan insanlara yerli seçkilərdə iştirak etmək üçün səsvermə hüququ verən konstitusiya dəyişikliyinə etiraz edirlər. Etirazları adanın müstəqillik tərəfdarı olan yerli Kanaki xalqı təşkil edir və onlar adanın son 20 il ərzində oraya köçmüş bəzi Avropa əhalisinə səsvermə hüququ verilərsə, onların azlıqda qalacağından ehtiyatlanır.Hazırda yalnız 1998-ci ildə Fransanın xaricdəki ərazisinə daha yüksək muxtariyyət verən Numea müqaviləsinin imzalanması zamanı seçicilər siyahısında olanlar və onların uşaqları səs vermək hüququna malikdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
yeni kaledoniya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463060938_139:0:2870:2048_1920x0_80_0_0_3bea5627725bf48e5177c722e87636f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yeni kaledoniya, rusiya, fransa, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, xalq, səsvermə, etiraz, həlak, yaralananlar
yeni kaledoniya, rusiya, fransa, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, xalq, səsvermə, etiraz, həlak, yaralananlar
Parisi Yeni Kaledoniyadakı etiraz aksiyalarında zorakılıqdan çəkinməyə çağırırıq - RF XİN
Rusiya Xarici İşlər Nazirliyi Fransa Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı çağırış edib.
BAKI, 18 may - Sputnik. Rusiya Fransanı Yeni Kaledoniyada etirazçılara qarşı zorakılıqdan çəkinməyə çağırıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz Parisi etirazçılara qarşı əsassız zorakılıqdan çəkinməyə, Yeni Kaledoniyanın və onun nəzarəti altında olan digər xarici ərazilərin yerli əhalisinin hüquq və azadlıqlarına hörməti təmin etməyə çağırırıq”, - Zaxarovanın nazirliyin saytında dərc olunmuş müraciətində deyilir.
Diplomat əlavə edib ki, Moskva Yeni Kaledoniyadakı böhranı onun müstəmləkəsizləşdirilməsinin natamam prosesinin nəticəsi kimi qiymətləndirir və “Fransanın keçmiş müstəmləkələrinə, adı dəyişdirilərək xaricdəki ərazilərə qarşı siyasətinin dalana dirəndiyini” təsdiqləyir.
Bazar ertəsi paytaxt Numeada keçirilən dinc nümayiş dükanların, apteklərin, yanacaqdoldurma məntəqələrinin və avtomobillərin yandırılması və talan edilməsi ilə qırğınlara çevrilib. Yüzlərlə insan, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşı yaralanıb. İkisi jandarm olmaqla 5 nəfər həlak olub.
Sakinlər Parisdə 10 ildən çox Yeni Kaledoniyada yaşayan insanlara yerli seçkilərdə iştirak etmək üçün səsvermə hüququ verən konstitusiya dəyişikliyinə etiraz edirlər. Etirazları adanın müstəqillik tərəfdarı olan yerli Kanaki xalqı təşkil edir və onlar adanın son 20 il ərzində oraya köçmüş bəzi Avropa əhalisinə səsvermə hüququ verilərsə, onların azlıqda qalacağından ehtiyatlanır.
Hazırda yalnız 1998-ci ildə Fransanın xaricdəki ərazisinə daha yüksək muxtariyyət verən Numea müqaviləsinin imzalanması zamanı seçicilər siyahısında olanlar və onların uşaqları səs vermək hüququna malikdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.