https://sputnik.az/20240518/avropa-en-azi-bir-nesil-rusiyanin-terefdasi-olmayacaq---lavrov--464730123.html
Avropa ən azı bir nəsil Rusiyanın tərəfdaşı olmayacaq - Lavrov
Avropa ən azı bir nəsil Rusiyanın tərəfdaşı olmayacaq - Lavrov
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri Xarici və Müdafiə Siyasəti Şurasının (XMSŞ) XXXII Assambleyasının iclasında çıxış edib. 18.05.2024, Sputnik Azərbaycan
2024-05-18T16:52+0400
2024-05-18T16:52+0400
2024-05-18T16:52+0400
rusiya
rusiya xin rəhbəri sergey lavrov
qərb
rusiya
avrasiya iqtisadi ittifaqı
şanxay əməkdaşlıq təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e8/04/13/464037274_0:182:2993:1866_1920x0_80_0_0_d1f85a9c12aee9f4205e8be3dcfb70fb.jpg
BAKI, 18 may - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın ən azı bir nəsil Rusiyanın tərəfdaşı olmayacağı fikri ilə razılaşır. Xarici və Müdafiə Siyasəti Şurasının (XMSŞ) XXXII Assambleyasının iclasında çıxış edən Lavrov məqalələrinin birində “Avropanın tərəfdaş kimi bizim üçün ən azı bir nəsil üçün əhəmiyyətsiz olduğunu” yazan rusiyalı politoloqdan sitat gətirib.Sergey Lavrov bildirib ki, Avrasiyada artıq bir-biri ilə əlaqələri olan regional təşkilatlar ümumavrasiya təhlükəsizliyi konsepsiyası üçün əsas ola bilər.Lavrov Rusiya prezidenti Vladimir Putinin Avrasiya təhlükəsizliyi üzrə işləmək tapşırığını xatırladıb.XİN rəhbəri qeyd edib ki, Rusiya üçün bu sahədə prioritet Müstəqil Dövlətlər Birliyinin məkanıdır. Bu baxımdan əhəmiyyətli olan təşkilatlar arasında Lavrov Avrasiya İqtisadi İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və Mərkəzi Asiya “beşliyi”nin də adını çəkib.“Bu sahələrdə iş bizim üçün böyük Avrasiya tərəfdaşlığının formalaşdırılması səylərinin davamıdır... Böyük Avrasiya tərəfdaşlığı və qeyd etdiyim strukturlar arasında əlaqələr və bu əlaqələr artıq rəsmiləşib, inkişaf edir. Bu əlaqələr Avrasiya təhlükəsizliyi konsepsiyasının maddi əsasına çevrilə bilər ki, biz indi sadəcə olaraq bu barədə düşünməli oluruq və düşünməyə bilmərik”, - deyə Lavrov bildirib.Nazir həmçinin Qazaxıstanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin daimi təşkilata çevrilməsi təşəbbüsünü xatırladıb, “Avrasiyanın yeni arxitekturasının cücərtilərini bir növ ümumi çətirlə birləşdirmək” arzusundan danışıb.Lavrovun sözlərinə görə, Moskvanın nöqteyi-nəzərindən bu ideyanın Avrasiya təhlükəsizlik modelinin yaradılmasına yönəldilməsi, ən azı, “çox maraqlı” müzakirələrə səbəb ola bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/13/464037274_131:0:2862:2048_1920x0_80_0_0_8cbfab2768de809e97bd69f5289171ef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin rəhbəri sergey lavrov, qərb, rusiya, avrasiya iqtisadi ittifaqı, şanxay əməkdaşlıq təşkilatı
rusiya xin rəhbəri sergey lavrov, qərb, rusiya, avrasiya iqtisadi ittifaqı, şanxay əməkdaşlıq təşkilatı
Avropa ən azı bir nəsil Rusiyanın tərəfdaşı olmayacaq - Lavrov
Rusiya XİN rəhbəri Xarici və Müdafiə Siyasəti Şurasının (XMSŞ) XXXII Assambleyasının iclasında çıxış edib.
BAKI, 18 may - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın ən azı bir nəsil Rusiyanın tərəfdaşı olmayacağı fikri ilə razılaşır. Xarici və Müdafiə Siyasəti Şurasının (XMSŞ) XXXII Assambleyasının iclasında çıxış edən Lavrov məqalələrinin birində “Avropanın tərəfdaş kimi bizim üçün ən azı bir nəsil üçün əhəmiyyətsiz olduğunu” yazan rusiyalı politoloqdan sitat gətirib.
“Razılaşmaya bilmirəm, biz bunu praktikada demək olar ki, hər gün hiss edirik”, - nazir vurğulayıb.
Sergey Lavrov bildirib ki, Avrasiyada artıq bir-biri ilə əlaqələri olan regional təşkilatlar ümumavrasiya təhlükəsizliyi konsepsiyası üçün əsas ola bilər.
Lavrov Rusiya prezidenti Vladimir Putinin Avrasiya təhlükəsizliyi üzrə işləmək tapşırığını xatırladıb.
XİN rəhbəri qeyd edib ki, Rusiya üçün bu sahədə prioritet Müstəqil Dövlətlər Birliyinin məkanıdır. Bu baxımdan əhəmiyyətli olan təşkilatlar arasında Lavrov Avrasiya İqtisadi İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və Mərkəzi Asiya “beşliyi”nin də adını çəkib.
“Bu sahələrdə iş bizim üçün böyük Avrasiya tərəfdaşlığının formalaşdırılması səylərinin davamıdır... Böyük Avrasiya tərəfdaşlığı və qeyd etdiyim strukturlar arasında əlaqələr və bu əlaqələr artıq rəsmiləşib, inkişaf edir. Bu əlaqələr Avrasiya təhlükəsizliyi konsepsiyasının maddi əsasına çevrilə bilər ki, biz indi sadəcə olaraq bu barədə düşünməli oluruq və düşünməyə bilmərik”, - deyə Lavrov bildirib.
Nazir həmçinin Qazaxıstanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin daimi təşkilata çevrilməsi təşəbbüsünü xatırladıb, “Avrasiyanın yeni arxitekturasının cücərtilərini bir növ ümumi çətirlə birləşdirmək” arzusundan danışıb.
Lavrovun sözlərinə görə, Moskvanın nöqteyi-nəzərindən bu ideyanın Avrasiya təhlükəsizlik modelinin yaradılmasına yönəldilməsi, ən azı, “çox maraqlı” müzakirələrə səbəb ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.