https://sputnik.az/20240516/rusiya-ve-slam-olkeleri-dunyevi-ideologiyanin-hucumuna-muqavimet-gosterirler---kirill-464678809.html
Rusiya və İslam ölkələri dünyəvi ideologiyanın hücumuna müqavimət göstərirlər - Kirill
Rusiya və İslam ölkələri dünyəvi ideologiyanın hücumuna müqavimət göstərirlər - Kirill
Sputnik Azərbaycan
Patriarx qeyd edib ki, hazırkı görüşün mövzusu qarşılıqlı hörmət, bərabərlik və etimad prinsipləri əsasında qurulmuş ədalətli və azad cəmiyyətdə yaşamaq... 16.05.2024, Sputnik Azərbaycan
2024-05-16T15:32+0400
2024-05-16T15:32+0400
2024-05-16T16:24+0400
rusiya
rusiya
patriarx kirill
moskva və bütün rusiyanın patriarxı kirill
tatarıstan
https://cdnn1.img.sputnik.az/img/42231/17/422311721_0:120:2855:1726_1920x0_80_0_0_cbbfb27f81d14f3ae10c21a3ff348755.jpg
BAKI, 16 may — Sputnik. Pravoslavlıq və İslamın ümumi dəyər təməli və əxlaqi prinsipləri var, Rusiya və İslam dünyası birlikdə günahkar hadisələrin təbliğatına qarşıdırlar. Bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirill bildirib. Patriarxın Kazanda baş tutan "Rusiya - İslam dünyası: ədalətli çoxqütblü dünya nizamı və təhlükəsiz inkişaf" strateji baxış qrupunun toplantısının iştirakçılarına müraciəti Rus Pravoslav Kilsəsinin saytında dərc olunub. Qrup görüşü "Rusiya - İslam dünyası: KazanForum" XV beynəlxalq iqtisadi forumu çərçivəsində baş tutur. Patriarx qeyd edib ki, hazırkı görüşün mövzusu qarşılıqlı hörmət, bərabərlik və etimad prinsipləri əsasında qurulmuş ədalətli və azad cəmiyyətdə yaşamaq istəyən dünya əhalisinin əksəriyyətinin arzu və istəklərini çox dəqiq əks etdirir. "Dəyişməz mənəvi dəyərlərə və insanların həyatında dini inancın vacibliyinə sadiq qalaraq, Rusiya və İslam ölkələri dünyəvi ideologiyanın hücumuna, günahların təbliğinə və mahiyyət etibarı ilə mənəvi relativizmə qarşı birgə müqavimət göstərirlər" - Patriarx Kirill bildirib. O xatırladıb ki, rus xalqı min il əvvəl öz dövlətinin və mədəni inkişafının əsası kimi pravoslavlığı seçib və bir az əvvəl Bolqarda İslamın lehinə seçim edilib. "Müqəddəs Tatarıstan torpağında iki mənəvi ənənə bir-biri ilə sıx bağlıdır, ümumi dəyər təməli və çox şeyə eyni şəkildə baxmağa və dövrümüzün çətin çağırışlarına uğurla cavab tapmağa kömək edən əxlaqi təlimatlara malikdir" - Patriarx Kirill bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42231/17/422311721_28:0:2759:2048_1920x0_80_0_0_740569eed67da756897c7309a9998534.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, patriarx kirill, moskva və bütün rusiyanın patriarxı kirill, tatarıstan
rusiya, patriarx kirill, moskva və bütün rusiyanın patriarxı kirill, tatarıstan
Rusiya və İslam ölkələri dünyəvi ideologiyanın hücumuna müqavimət göstərirlər - Kirill
15:32 16.05.2024 (Yenilənib: 16:24 16.05.2024) Patriarx qeyd edib ki, hazırkı görüşün mövzusu qarşılıqlı hörmət, bərabərlik və etimad prinsipləri əsasında qurulmuş ədalətli və azad cəmiyyətdə yaşamaq istəyən dünya əhalisinin əksəriyyətinin arzu və istəklərini çox dəqiq əks etdirir.
BAKI, 16 may — Sputnik. Pravoslavlıq və İslamın ümumi dəyər təməli və əxlaqi prinsipləri var, Rusiya və İslam dünyası birlikdə günahkar hadisələrin təbliğatına qarşıdırlar. Bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirill bildirib.
Patriarxın Kazanda baş tutan "Rusiya - İslam dünyası: ədalətli çoxqütblü dünya nizamı və təhlükəsiz inkişaf" strateji baxış qrupunun toplantısının iştirakçılarına müraciəti Rus Pravoslav Kilsəsinin saytında dərc olunub. Qrup görüşü "Rusiya - İslam dünyası: KazanForum" XV beynəlxalq iqtisadi forumu çərçivəsində baş tutur.
Patriarx qeyd edib ki, hazırkı görüşün mövzusu qarşılıqlı hörmət, bərabərlik və etimad prinsipləri əsasında qurulmuş ədalətli və azad cəmiyyətdə yaşamaq istəyən dünya əhalisinin əksəriyyətinin arzu və istəklərini çox dəqiq əks etdirir.
"Dəyişməz mənəvi dəyərlərə və insanların həyatında dini inancın vacibliyinə sadiq qalaraq, Rusiya və İslam ölkələri dünyəvi ideologiyanın hücumuna, günahların təbliğinə və mahiyyət etibarı ilə mənəvi relativizmə qarşı birgə müqavimət göstərirlər" - Patriarx Kirill bildirib.
O xatırladıb ki, rus xalqı min il əvvəl öz dövlətinin və mədəni inkişafının əsası kimi pravoslavlığı seçib və bir az əvvəl Bolqarda İslamın lehinə seçim edilib.
"Müqəddəs Tatarıstan torpağında iki mənəvi ənənə bir-biri ilə sıx bağlıdır, ümumi dəyər təməli və çox şeyə eyni şəkildə baxmağa və dövrümüzün çətin çağırışlarına uğurla cavab tapmağa kömək edən əxlaqi təlimatlara malikdir" - Patriarx Kirill bildirib.