Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya müsəlman ölkələrinin istəyini yüksək qiymətləndirir - Putin

© Sputnik / Максим Богодвидkazan
kazan - Sputnik Azərbaycan, 1920, 16.05.2024
Abunə olmaq
Rusiya dövlət başçısı qeyd edib ki, Moskva İslam Əməkdaşlıq Təşkilatı nümayəndələrinin iştirakı ilə strateji baxış qrupunun növbəti iclasına böyük əhəmiyyət verir.
BAKI, 16 may — Sputnik. Rusiya müsəlman ölkələrinin müstəqil xarici siyasət yeritmək istəyini yüksək qiymətləndirir və onlarla bütün sahələrdə - ticarətdən tutmuş turizmə qədər əməkdaşlığı gücləndirməyə sadiqdir. Bu barədə Rusiya Prezidenti Vladimir Putinin "Rusiya – İslam dünyası" strateji baxış qrupunun Kazanda keçirilən iclasının iştirakçılarına müraciətində deyilir. Müraciət mətnini baş nazirin müavini Marat Xusnullin oxuyub.
Putinin müraciətində deyilir ki, Rusiya Federasiyası müsəlman ölkələri ilə birlikdə hər hansı formada diktatura və ayrı-seçkilikdən uzaq, qanunun aliliyinə və ədalət prinsiplərinə əsaslanan demokratik çoxqütblü dünya nizamının formalaşmasının tərəfdardır. Biz bütün sahələrdə - ticarət və investisiyadan tutmuş idman və turizmə qədər qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə sadiqik" - Rusiya lideri vurğulayıb.
O qeyd edib ki, Moskva İslam Əməkdaşlıq Təşkilatı nümayəndələrinin iştirakı ilə strateji baxış qrupunun növbəti iclasına böyük əhəmiyyət verir.
"Rusiyanın regional və qlobal gündəliyin aktual məsələləri üzrə bu nüfuzlu beynəlxalq strukturla qarşılıqlı əlaqəsinin inkişaf etməsi vacibdir" - Putin vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, qrup iclasının və "Rusiya - İslam dünyası" beynəlxalq iqtisadi forumunun keçirildiyi Tatarıstan iqtisadiyyatda, sosial sahədə, elmdə, mədəniyyətdə zəngin potensialını və heyranedici nailiyyətlərini bir daha əyani şəkildə nümayiş etdirir. Putin vurğulayıb ki, bu, bütün millətlərdən olan Rusiya müsəlmanlarının Vətənin inkişafına, onun suverenliyinin və dünyada nüfuzunun gücləndirilməsinə, sabitliyin və harmoniyanın təmin edilməsinə verdiyi mühüm töhfənin daha bir əyani sübutudur.
Xəbər lenti
0