DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp Rusiya, Çin və KXDR ilə iş aparmağa qadir olduğunu sübut edib - Mask

© AFP 2023 / Patrick Pleul / POOL İlon Mask
İlon Mask - Sputnik Azərbaycan, 1920, 25.07.2024
Abunə olmaq
Maskın fikrincə, Tramp cəsarətini sübut edib. Amma ABŞ-ın hazırkı rəhbəri Co Baydenin obrazı ilə heç kimi qorxutmaq mümkün deyil.
BAKI, 25 iyul — Sputnik. ABŞ-ın sabiq Prezidenti Donald Tramp sui-qəsd cəhdindən sonra davranışı ilə Rusiya, Şimali Koreya və Çin ilə iş aparmağa qadir olduğunu sübut edib.
Bunu SpaceX-in qurucusu İlon Mask bildirib. Onun fikrincə, Tramp cəsarətini sübut edib. Amma ABŞ-ın hazırkı rəhbəri Co Baydenin obrazı ilə heç kimi qorxutmaq mümkün deyil.
"Trampı qəzəbləndirməzdən əvvəl iki dəfə düşünmək lazım gələcək. Yazıq, çox yazıq Bayden isə pillələri belə qalxa bilmir" - sahibkar "Daily Wire" portalına müsahibəsində bildirib.
Mask qeyd edib ki, Tramp prezidentlik dövründə dünyada yeni münaqişələrin başlamaması üçün yaxşı çalışıb.
Xatırladaq ki, bazar günü, iyulun 21-də Amerika lideri Co Bayden prezidentlik yarışını tərk etdiyini açıqlayıb. O, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin dövlət başçısı vəzifəsinə namizədliyini dəstəkləyib. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
21.07.24, 12:14
İlon Mask ABŞ prezidentliyinə namizədlər üçün yaş həddi təyin etməyə çağırıb
Amerikalı milyarder və sahibkar İlon Mask ABŞ prezidentliyinə namizədlər üçün yaş məhdudiyyətinin tətbiqi təklifi ilə çıxış edib.
O, müvafiq fikri X* sosial şəbəkəsindəki səhifəsində açıqlayıb.
Mask prezidentliyə namizədlər üçün yaş məhdudiyyətinin qoyulmasının vacibliyinə diqqət çəkib.
"Maksimum yaş müəyyən edilməlidir" – o, yazıb.
Xatırladaq ki, hazırda dövlət başçısı postunu tutan 81 yaşlı Co Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir.
Daha əvvəl mühafizəkar “Newsmax” kanalının köşə yazarı Mark Halperin Baydenin prezidentlik yarışından geri çəkildiyini bildirmişdi. Lakin sonradan Ağ Ev bu xəbərləri təkzib edib.
16.05.24, 23:59
Mask Putinin Çinə səfərini bir cümlə ilə şərh edib
Qərbin Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərinin yeni alyansın yaranmasına gətirib çıxara biləcəyini anlamasının vaxtı çatıb.
Bunu amerikalı iş adamı İlon Mask deyib.
Milyarder "X" hesabında yazıb ki, Qərb ölkələri Çin, Rusiya, İran və KXDR arasında ittifaqın yaradılması ilə üz-üzədir.
"ABŞ onları ittifaq yaratmağa sövq edir" – Mask qeyd edib.
Rusiya Prezidenti Vladimir Putin mayın 16-da Çin prezidenti Si Cinpinin dəvəti ilə Çinə rəsmi səfər edib. İki lider arasında baş tutan danışıqlar təxminən 2,5 saat davam edib. Nəticədə iki ölkə arasında hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi barədə birgə bəyanat imzalanıb.
Bu yaxınlarda ABŞ-ın sabiq Prezidenti Donald Tramp bildirib ki, Amerika tənəzzülə uğrayıb və artıq dünya standartlarını müəyyən edə bilmir. Onun fikrincə, Çin, Rusiya, İran, Şimali Koreya və digər ölkələr hazırda təsir dairələrini bölüşürlər, Vaşinqton isə əvvəlki böyüklüyünə baxmayaraq, "oturub seyr edir".
Xəbər lenti
0