Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - Video

© AFP 2023 / CHRISTOF STACHE "Paladin" özüyeriyən artilleriya qurğusu
 Paladin özüyeriyən artilleriya qurğusu  - Sputnik Azərbaycan, 1920, 16.05.2024
Abunə olmaq
Təlimin keçirilməsində əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına yönəldilib.
BAKI, 16 may — Sputnik. Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimin planına uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetiriblər.
Həmçinin silahlanmada olan universal radiolokasiya komplekslərindən və pilotsuz uçuş aparatlarından istifadə etməklə şərti düşmən fəaliyyətinin izlənilməsi, ona məxsus artilleriya vasitələri ilə mübarizənin aparılması, eləcə də hava kəşfiyyat cihazlarının aşkar edilərək xüsusi texniki vasitələrlə endirilməsi üzrə tapşırıqlar da müvəffəqiyyətlə icra olunub.
Təlimin keçirilməsində əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına, komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, döyüş əməliyyatları zamanı digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilinə yönəldilib.
22.04.24, 11:04
Hava hücumundan müdafiə bölmələri döyüş atışlı taktiki təlim keçib
Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələrində döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, praktiki atışlardan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, təlimin məqsədi və atışın şərtləri izah olunub.
"Təlimdə heyətlər tərəfindən "İqla-S" daşına bilən zenit-raket qurğusunun döyüşə hazır vəziyyətə gətirilməsi, aşkar olunan şərti düşmənin hava hədəflərinin zərərsizləşdirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Azərbaycan Ordusunda bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi peşəkarlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlər davam edir" - məlumatda qeyd olunub.
17.04.24, 21:31
Azərbaycan Hərbi Hava Qüvvələri Naxçıvanda təlim keçib, şərti düşmən məhv edilib
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimdə yuxarı komandanlığın idarəetmə məntəqəsindən verilən "HAZIRLIQ-1" komandası ilə Ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri 1 nömrəli hazırlığa gətirilib. Eyni zamanda, ehtiyatda saxlanılan Hava Hücumundan Müdafiə (HHM) bölmələri döyüş tapşırığına əsasən təyinat rayonlarına çıxaraq döyüş tapşırıqlarını icra ediblər.
2 nömrəli hazırlıqda olan aviasiya vasitələrinin heyətləri ilə uçuşdan əvvəl brifinq keçirilərək şəxsi heyət qarşısında döyüş tapşırıqları qoyulub. Uçuş heyətləri tərəfindən Mİ-17 nəqliyyat-döyüş helikopterləri ilə yer hədəflərinə aviazərbələr praktiki uçuşla təqlid edilib, çoxqat və çoxhədli hava hücumundan müdafiə sisteminin dəf edilməsi üçün müxtəlif manevrlər yerinə yetirilib.
Təlimə cəlb olunan HHM bölmələrinin döyüş növbətçiliyində olan Kəşfiyyat və Hədəfgöstərmə stansiyaları ilə hava məkanının fasiləsiz kəşfiyyatı aparılıb, məlumatlar təhlil olunub, qiymətləndirilib, emal edilərək komanda və idarəetmə məntəqələrinə, həmçinin qarşılıqlı əlaqədə olan bölmələrə ötürülüb.
Hava vəziyyətinin qiymətləndirilməsi Radiolokasiya bölmələri ilə yanaşı, Bayraktar TB2 və Vizual Müşahidə Postlarından alınmış məlumatlar əsasında aparılıb.
Komandir və döyüş heyətləri real döyüş şəraitində hədəflərin ardıcıl olaraq məhvetmə zonasına girmə ardıcıllığının, onlar arasında vaxt intervallarının hesablanması, müxtəlif hündürlük diapozonlarında intensiv aktiv və passiv maneə şəraitində fəaliyyət göstərən hava düşməninin şərti məhv edilməsi, düşmənin kiçik ölçülü az sürətli PUA-lara qarşı HHM bölmələrinin fəaliyyəti üsulları üzrə məşq etdirilib.
Eyni zamanda, birlik, birləşmə, hissə və bölmələrin dislokasiya məntəqələri və döyüş mövqelərinin mini və mikro pilotsuz uçuş aparatlarının hücumlarından mühafizə olunması məqsədilə yerinə yetirilən aktiv tədbirlər çərçivəsində radiomaneə vasitələrindən istifadə olunub.
Taktiki-xüsusi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib və bölmələr arasında birgə fəaliyyətin uzlaşmasına nail olunub.
Xəbər lenti
0