Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı general: Sülhməramlılar vəzifələrini yüksək səviyyədə yerinə yetiriblər

© Sputnik / Kemale AliyevaПосол России в Азербайджане Михаил Евдокимов прибыл в Ходжалы, начальник Генерального штаба азербайджанской армии, генерал-полковник Керем Велиев и первый заместитель главнокомандующего сухопутными войсками РФ Евгений Никифоров находятся в Ходжалы
Посол России в Азербайджане Михаил Евдокимов прибыл в Ходжалы,  начальник Генерального штаба азербайджанской армии, генерал-полковник Керем Велиев и первый заместитель главнокомандующего сухопутными войсками РФ Евгений Никифоров находятся в Ходжалы - Sputnik Azərbaycan, 1920, 15.05.2024
Abunə olmaq
Rusiya Quru Qoşunlarının baş komandanının birinci müavini bundan əlavə, sülhməramlı kontingentin inanclı insanların dini obyektlərə çıxışını bərpa etdiyini də qeyd edib.
BAKI, 15 may — Sputnik. "Sülhün bərqərar olunması prosesində istehkamçılar tərəfindən minlərlə hektar ərazi minalardan təmizlənib, 30 min ədəd partlayıcı zərərsizləşdirilib".
Bunu Rusiya Quru Qoşunlarının baş komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi Yevgeni Nikiforov Xocalıda sülhməramlı kontingentin bazasında keçirilən mərasim zamanı bildirib.
O bildirib ki, bu çərçivədə 90 mindən çox insana humanitar, 1000 nəfərdən çox dinc sakinə ixtisaslı tibbi yardım göstərilib.

"Üç il yarım bundan əvvəl birgə səylər nəticəsində Qarabağda gedən müharibə dayandırıldı. Azərbaycan, Ermənistan və Rusiya liderləri müharibənin dayandırılması barədə üçtərəfli birgə bəyanat imzaladılar. Demək olar ki, növbəti gün Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsinə başlanıldı, Qarabağ ərazisində postlar quruldu və regionda dayanıqlı sülhün formalaşmasına zəmin yaradıldı" - Yevgeni Nikiforov deyib.

Rusiya Quru Qoşunlarının baş komandanının birinci müavini bundan əlavə, sülhməramlı kontingentin inanclı insanların dini obyektlərə çıxışını bərpa etdiyini də qeyd edib.
"Eyni zamanda, münaqişə tərəfləri ilə əməkdaşlıq nəticəsində 100-dən çox insanı əsirlikdən geri qaytarmaq mümkün olub. Rusiya sülhməramlı kontingentinin axtarış qrupları tərəfindən 1900 nəfərdən artıq meyit aidiyyəti üzrə təhvil verilib. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra Azərbaycan və Rusiya rəhbərliyi sülhməramlı kontingentin ölkəmizin ərazisindən çıxarılmasına dair qərar qəbul etdilər. Rusiya hərbi qulluqçuları dövlətimizin hərbi-siyasi rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetiriblər. Rusiya Federasiyasının müdafiə naziri, Baş Qərargah rəisi və öz adımdan Rusiya sülhməramlılarına vəzifələrini layiqincə yerinə yetirdiyinə, Azərbaycan hərbçilərinə isə səmərəli əməkdaşlığa görə minnətdarlığımı bildirirəm" - general qeyd edib.
Qeyd edək ki, Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilir. Tədbirdə hər iki ölkənin yüksək rütbəli hərbçiləri iştirak edirlər.
Xatırladaq ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmişdi. Daha sonra hər iki ölkənin ali rəhbərliyi onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0