Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya halal məhsulların ixracatçıları arasında lider ola bilər

© Sputnik / Павел Бедняков / АНО "Дирекция спортивных и социальных проектов" / Mediabanka keçidRusiyada halal ticarət yarmarkası, arxiv
Rusiyada halal ticarət yarmarkası, arxiv - Sputnik Azərbaycan, 1920, 15.05.2024
Abunə olmaq
Rusiya Federasiyasında Milli Halal sertifikatlaşdırma standartı istifadəyə veriləcək
BAKI, 15 may — Sputnik. Rusiya halal məhsulların ixracatçıları arasında lider ola bilər. Bunu Rusiya Ticarət və Sənaye Palatasının rəhbəri Sergey Katırin "RİA Novosti"yə "Rusiya - İslam Dünyası: KazanForum" Beynəlxalq İqtisadi Forumu çərçivəsində deyib.
"2018-2023-cü illər arasında Rusiya bütövlükdə halal məhsulların ixracını 38% artırıb" deyən Katırin əlavə edib ki, bu, 2023-cü ildə quş əti bazarının dəyişməsi və Səudiyyə Ərəbistanı və BƏƏ-yə tədarükün ixracın azalmasına baxmayaraq müşahidə olunub.
"Ölkəmizin bu il göstəricidəki enişi düzəltmək və gələcəkdə Braziliya, Hindistan, ABŞ və Avstraliya ilə yanaşı, bu cür məhsulların ixracı üzrə aparıcı ölkələr arasında lider olmaq potensialı var. Bunun beş il ərzində baş verəcəyi ehtimalı böyükdür", - Katırin qeyd edib.
Onun sözlərinə görə, sənayenin inkişafı üçün kompleks tədbirlər həyata keçirilməlidir. Bunlardan o, halal xammalın istehsalı və emalı üçün əlverişli iqlimin yaradılması, məhsulların halal standartlarına uyğunluğunun yoxlanılması üçün sertifikatlaşdırma mərkəzlərinin genişləndirilməsi, malların saxlanması, daşınması və yenidən yüklənməsi infrastrukturunun inkişaf etdirilməsi, eləcə də halal məhsulların istehsalında dünya liderləri ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafını xüsusi qeyd edib.

"Rusiyanın halal məhsullarının xarici bazarlarda aktiv şəkildə təşviqi sərgi və yarmarkalarda iştirakını, habelə Rusiyanın xaricdəki ticarət nümayəndəlikləri və səfirlikləri ilə əməkdaşlığı təmin edə bilər", - Rusiya Ticarət və Sənaye Palatasının rəhbəri sözünü yekunlaşdırıb.

Xatırladaq ki, mayın 14-19-da Kazanda Rusiya və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin "Rusiya - İslam Dünyası: KazanForum" beynəlxalq iqtisadi forumu keçirilir. "KazanForum" Rusiya ilə İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında ticarət-iqtisadi, elmi-texniki, sosial və mədəni əlaqələrin möhkəmləndirilməsi üçün platformadır. Rusiya Federasiyası Prezidentinin fərmanı ilə forum 2023-cü ildə federal status alıb. Təşkilat komitəsinə Rusiya Federasiyası baş nazirinin müavini Marat Xusnullin rəhbərlik edir.
Rusiya Federasiyasında Milli Halal sertifikatlaşdırma standartı istifadəyə veriləcək
Mayın əvvəlində məlum olub ki, Rusiyada "Halal Sertifikatlaşdırma Orqanlarına Tələblər" milli standartı təsdiq edilib. Bu standart 1 sentyabr 2024-cü il tarixindən qüvvəyə minəcək - müvafiq əmr Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentlik ("Rosstandart") tərəfindən verilib.
"QOST R 70402-2024" halal məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması orqanlarının fəaliyyətinə, o cümlədən Körfəz Əməkdaşlıq Şurasının Standartlaşdırma Təşkilatının (GSO) və İslam Dövlətlərinin Standartlaşdırma və Metrologiya İnstitutunun (SMIIC), İslam əməkdaşlığı Təşkilatının (OIC) halal standartlarını nəzərə almaqla tələbləri müəyyən edir. Bu məlumatı agentliyin mətbuat xidməti yayıb.
Qeyd edək ki, Rusiyada 20 milyondan çox insan İslam dinini qəbul edib. Dünyada isə, təxminən 2 milyard müsəlman var. Məhsulların, xidmətlərin və proseslərin halal sertifikatı müəyyən edilmiş tələblərə və İslam normalarına uyğunluğunu təmin edən vasitələrdən biridir.
Halal məhsulların dünya bazarı
Qeyd edək ki, halal məhsul və xidmətlərin qlobal bazarı 2 trilyon dollardan çox qiymətləndirilir. Halal qida sənayesinin artım tempi ildə 3,2% təşkil edərək qlobal ərzaq bazarının orta illik artım tempini - 2,5% ötüb. 2025-ci ilə qədər dünya müsəlman əhalisinin xərclərinin 2,8 trilyon dollara çatacağı gözlənilir. Hazırda prioritet ixrac istiqamətlərində halal məhsullara tələbat ümumilikdə 200 milyard dollardan çoxdur.
2024-cü ildə Rusiya Federal Akkreditasiya Xidməti formalaşmaqda olan "Halal Məhsullar və Xidmətlər" texniki komitəsi çərçivəsində yeni milli halal standartları layihələrinin hazırlanmasında iştirakını davam etdirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0