Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Rusiya – İslam dünyası: KazanForum" Beynəlxalq İqtisadi Forumu işə başlayıb

© Sputnik / Максим БогодвидKazanForum
KazanForum - Sputnik Azərbaycan, 1920, 15.05.2024
Abunə olmaq
Mayın 14-də XV Beynəlxalq İqtisadi Forum çərçivəsində Kazan Aqro-Sənaye Parkında "Kazan Halal Market" Beynəlxalq Halal Məhsullar Sərgisi açılıb.
BAKI, 15 may — Sputnik. Tatarıstan Respublikasının paytaxtında "Rusiya – İslam Dünyası: KazanForum" XV Beynəlxalq İqtisadi Forumu işə başlayıb.
Mayın 14-dən 19-dək keçiriləcək forumun əsas məqsədi Rusiyanın regionları ilə İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında ticarət-iqtisadi, elmi-texniki, sosial və mədəni əlaqələri gücləndirməkdir. Forumun proqramına Rusiya regionlarından, İƏT ölkələrindən və digər dövlətlərdən olan ekspertlərin iştirakı ilə 125 tematik sessiya daxildir.
© Sputnik / Алексей ДаничевKazanForum
KazanForum - Sputnik Azərbaycan, 1920, 15.05.2024
KazanForum
Mayın 14-də XV Beynəlxalq İqtisadi Forum çərçivəsində Kazan Aqro-Sənaye Parkında "Kazan Halal Market" Beynəlxalq Halal Məhsullar Sərgisi açılıb.
Mayın 16-da forum çərçivəsində İslam maliyyəsi sahəsində ekspertlərin görüşü keçiriləcək. Həmin gün Kazan Expo Beynəlxalq Sərgi Mərkəzinin ərazisində "Qarşıdakı 50 il: Halal sənayesi üçün kadr hazırlığı sisteminin yaradılması" sessiyası və "Halal standartlarına uyğun müsəlmanlara xidmət" sessiyası keçiriləcək.
Proqrama həmçinin İƏT ölkələrindən gənc sahibkarlar forumu və gənc diplomatların forumu, gənc aşpazların turniri və digər tədbirlər daxildir.
Mayın 17-də baş tutacaq plenar iclasda ekspertlər Rusiya ilə İƏT ölkələri arasında müxtəlif istiqamətlərdə qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edəcək və forumun nəticələrini ümumiləşdirəcəklər.
Elə həmin gün KazanForum çərçivəsində AZPROMO Rusiyanın Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəliyi dəyirmi masa keçirəcək. Onlar ortamüddətli perspektivdə aktual olan iqtisadi əməkdaşlığın yollarını, məhsulların tədarükü və investisiya axınındakı maneələrin aradan qaldırılması üçün tədbirləri, habelə nəqliyyat, logistika, kredit və maliyyə sahələrində darboğazların genişləndirilməsini müzakirə edəcəklər.
Qeyd edək ki, mayın 14-dən 19-dək Tatarıstanda KazanForum keçiriləcək. Burada Azərbaycan, Tacikistan, Özbəkistan, Əfqanıstan, Misir, İran, Qazaxıstan, Qətər, Malayziya, BƏƏ və s. nümayəndələrinin iştirakı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0