RF-in Talibanın terrorçu statusunu ləğv etmək planları BMT qətnamələrinə zidd deyil - XİN
20:48 15.05.2024 (Yenilənib: 20:54 15.05.2024)
© AP Photo / Ebrahim NorooziTaliban hərəkatının üzvləri, arxiv
© AP Photo / Ebrahim Noroozi
Abunə olmaq
XİN rəsmisi təşkilatın üzərindən terrorçu statusunun götürülməsi perspektivinə aydınlıq gətirib.
BAKI, 15 may - Sputnik. Rusiya “Taliban”* üzərindən terror təşkilatı statusunun götürülməsinin vacibliyini başa düşür (Taliban hərəkatı terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır) bu məsələ ilə bağlı yekun qərarı prezident verəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov RİA Novosti-yə bildirib.
"Lakin belə planlar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd deyil", - diplomat vurğulayıb.
© Sputnik / Алексей Никольский / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov, arxiv
Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov, arxiv
© Sputnik / Алексей Никольский
/ Bu ilin aprelində Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın müvafiq idarələrinin “Taliban” hərəkatından terror təşkilatı statusunun çıxarılması məsələsi üzərində işlədiyini bildirmişdi.
"Belə olan halda, bu qərar prezidentin və Ali Məhkəmənin fərmanına uyğun olaraq verildiyi üçün söhbət nə Ədliyyə Nazirliyinin, nə də Xarici İşlər Nazirliyinin qərar verməsindən getmir. Ona görə də son söz prezidentə məxsusdur. Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən birgə zəruri təkliflər hazırlanıb. Bütün bu təkliflər bir araya toplanıb və qərar qəbul edilməsi üçün prezidentə təqdim olunacaq. Bunun zərurəti ilə bağlı fundamental bir fikir var. Amma biz bunu hüquqi cəhətdən səriştəli şəkildə təşkil etməliyik”, - Kabulov deyib.
Rusiya XİN rəsmisi bildirib ki, Talibanın statusunun dəyişdirilməsi ilə bağlı qərar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd deyil.
“Bu, qətiyyən ziddiyyət təşkil etmir. BMT Təhlükəsizlik Şurasının 1267 saylı qətnaməsi bütün hərəkata deyil, ayrı-ayrı Taliban liderlərinə sanksiya tətbiq edib. O zaman - emosional dalğada, Əl-Qaidə, Çeçenistandakı müharibə - biz BMT Təhlükəsizlik Şurasının qərarından da irəli getdik və prezidentin fərmanında bütün hərəkat (terrorçu statusuna - red.) təqdim edildi. Məsələ buna söykənir. Ona görə də heç bir ziddiyyət yoxdur. Bu, heç bir şəkildə BMT-nin qətnaməsi ilə ziddiyyət təşkil etmir”, - deyə diplomat vurğulayıb.
*Təşkilat Rusiya Federasiyasında qadağandır
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.