Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Qərb silahı Zelenski cinayətkar rejimini xilas etməyəcək - Zaxarova

© AP Photo / Mary AltafferUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.05.2024
Abunə olmaq
Rusiya XİN rəsmisi qeyd edib ki, heç bir Qərb silahı Zelenski cinayətkar rejimini dağılmaqdan xilas etməyəcək.
BAKI, 15 may — Sputnik. Kiyev rejiminin Belqoroda hücumu, nəticədə yaşayış binasının bir hissəsinin uçması və insanların həlak olması Kiyevin insanlıq anlayışını tamamilə itirdiyini göstərir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Belqorod Ukrayna Silahlı Qüvvələri tərəfindən kütləvi atəşə tutulub. Şəhərdə gün ərzində bir neçə dəfə raket xəbərdarlığı siqnalı elan edilib. Partlayış nəticəsində on mərtəbəli binanın üçüncü girişi uçub. Son məlumatlara görə, girişin uçması nəticəsində 17 nəfər ölüb.

"Belqorodda baş verən bu dəhşətli faciə onu göstərir ki, Kiyev rejimi nəhayət, insanlıq anlayışını itirib. O, yaşayış binaları və mülki şəxslərlə müharibəyə başlayıb" - Zaxarova bildirib.

© Sputnik / Рамиль СитдиковMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 15.05.2024
Mariya Zaxarova
Mariya Zaxarova deyib ki, heç bir Qərb silahı Zelenski cinayətkar rejimini dağılmaqdan xilas etməyəcək.
Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken Kiyevə səfəri zamanı bildirmişdi ki, ABŞ-ın Ukraynaya əlavə yardımı yaxın günlərdə döyüş meydanına gələcək.

"Heç bir silah Zelenskinin cinayətkar rejimini dağılmaqdan xilas etməyəcək, Ukraynaya çatdırılan bütün hərbi texnika məhv ediləcək" - Zaxarova brifinqdə deyib.

O vurğulayıb ki, buna şübhə edənlər Moskvada böyük tələbat olan Qərb texnologiyaları sərgisini ziyarət edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0