https://sputnik.az/20240515/fizionomist-belousovla-suvorov-arasindaki-qeribe-oxsarliga-diqqet-cekib---foto-464643608.html
Fizionomist Belousovla Suvorov arasındakı qəribə oxşarlığa diqqət çəkib - FOTO
Fizionomist Belousovla Suvorov arasındakı qəribə oxşarlığa diqqət çəkib - FOTO
Sputnik Azərbaycan
Ekspert "Rusiya tarixinin anlaşılmaz sirri"ndən söz açıb. 15.05.2024, Sputnik Azərbaycan
2024-05-15T21:39+0400
2024-05-15T21:39+0400
2024-05-15T21:39+0400
putin
rusiya
müdafiə naziri
aleksandr suvorov
andrey belousov
oxşarlıq
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442996167_0:0:3116:1753_1920x0_80_0_0_5749f02bb330c1920e7f190616f1d15b.jpg
BAKI, 15 may — Sputnik. Rusiya Federasiyasının müdafiə naziri vəzifəsinə təyin edilmiş Andrey Belousovla əfsanəvi rus komandiri Aleksandr Suvorov arasında qəribə oxşarlıq var. Bunu "BCMF"in beynəlxalq kommunikasiyalar üzrə direktoru, politoloq və fizionom Sergey Dvoryanov "Life.ru" saytına müsahibəsində bildirib. Ekspert bu oxşarlığı Rusiya tarixinin anlaşılmaz sirri adlandırıb. Onun sözlərinə görə, qalın qaşlar həm Suvorovu, həm də Belousovu qalib, israrlı və qorxmaz kimi xarakterizə edir. Həm generalissimusun, həm də Rusiya Federasiyasının müdafiə nazirinin öz məqsədlərinə çatmağa öyrəşdiyini göstərən başqa bir əlamət hamar və düz bir burundur. İncə dodaqlar, Dvoryanovun qeyd etdiyi kimi, emosiyaları idarə etməyi bilən güclü iradəli bir insandan xəbər verir. Suvorov təkcə komandir və dövlət xadimi kimi deyil, həm də rus hərbi nəzəriyyəsinin banisi və "Qalib gəlmək elmi" kitabının müəllifi kimi tanınır. Bundan əlavə, generalissimus adi əsgərlərin gündəlik həyatına diqqət yetirirdi, bunun üçün qoşunlar arasında yaxşı bir nüfuza malik idi. Suvorov kimi Belousov da öz sahəsində peşəkardır. Baş nazirin keçmiş müavini uzun illər elmi fəaliyyətlə məşğul olub, dövlət qulluğunda da inamla irəliləyib. Qeyd edək ki, Rusiya lideri Vladimir Putinin əmri ilə Andrey Belousov Rusiya Federasiyasının müdafiə naziri postuna təyin edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442996167_385:0:3116:2048_1920x0_80_0_0_2c30d880f4ebde4dacb74c1f418b13d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
putin, müdafiə naziri, aleksandr suvorov , andrey belousov, oxşarlıq
putin, müdafiə naziri, aleksandr suvorov , andrey belousov, oxşarlıq
Fizionomist Belousovla Suvorov arasındakı qəribə oxşarlığa diqqət çəkib - FOTO
Ekspert "Rusiya tarixinin anlaşılmaz sirri"ndən söz açıb.
BAKI, 15 may — Sputnik. Rusiya Federasiyasının müdafiə naziri vəzifəsinə təyin edilmiş Andrey Belousovla əfsanəvi rus komandiri Aleksandr Suvorov arasında qəribə oxşarlıq var. Bunu "BCMF"in beynəlxalq kommunikasiyalar üzrə direktoru, politoloq və fizionom Sergey Dvoryanov "Life.ru" saytına müsahibəsində bildirib.
Ekspert bu oxşarlığı Rusiya tarixinin anlaşılmaz sirri adlandırıb.
"Böyük alın zəkadan və analitik ağıldan xəbər verir, onun sahibi təsadüfi hərəkət etməyə meylli deyil, qərarlarını hesablayır", – fizionomist bildirib.
Onun sözlərinə görə, qalın qaşlar həm Suvorovu, həm də Belousovu qalib, israrlı və qorxmaz kimi xarakterizə edir. Həm generalissimusun, həm də Rusiya Federasiyasının müdafiə nazirinin öz məqsədlərinə çatmağa öyrəşdiyini göstərən başqa bir əlamət hamar və düz bir burundur. İncə dodaqlar, Dvoryanovun qeyd etdiyi kimi, emosiyaları idarə etməyi bilən güclü iradəli bir insandan xəbər verir.
Suvorov təkcə komandir və dövlət xadimi kimi deyil, həm də rus hərbi nəzəriyyəsinin banisi və "Qalib gəlmək elmi" kitabının müəllifi kimi tanınır. Bundan əlavə, generalissimus adi əsgərlərin gündəlik həyatına diqqət yetirirdi, bunun üçün qoşunlar arasında yaxşı bir nüfuza malik idi.
Suvorov kimi Belousov da öz sahəsində peşəkardır. Baş nazirin keçmiş müavini uzun illər elmi fəaliyyətlə məşğul olub, dövlət qulluğunda da inamla irəliləyib.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putinin əmri ilə Andrey Belousov Rusiya Federasiyasının müdafiə naziri postuna təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.