Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Əlilliyi olan şəxs üçün pandusu açmayan sürücü barədə qərar verildi - Video

Əlil - Sputnik Azərbaycan, 1920, 15.05.2024
Abunə olmaq
Sosial şəbəkələrdə yayılmış bu görüntülər ictimai qınağa səbəb olub.
BAKI, 14 may — Sputnik. Bakıda əlilliyi olan sərnişinə avtobusa minməsi üçün şərait yaratmayan sürücü barədə qərar verilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

"Fiziki məhdudiyyətli şəxsin müntəzəm avtobus marşrutuna minməsinə şərait yaradılmaması ilə əlaqədar AYNA tərəfindən daşıyıcıya xəbərdarlıq edilib. Daşıyıcıya sürücülərin sərnişindaşıma qaydalarına riayət etmələri və avtobuslarda pandusların işlək vəziyyətdə olması ilə bağlı növbəti dəfə tapşırıq verilib. Nöqsanlara yol verən sürücü işdən azad edilib" - AYNA-dan bildirilib.

@sputnik.azerbaycan #xeber #xəbər #xəbərlər #kəşfet #kəşfetazərbaycan #baki #baku #bakı #azerbaycan #xeberler ♬ News, news, seriousness, tension(1077866) - Lyrebirds music
Qeyd edək ki, "Xalik Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev Sputnik Azərbaycan-a açıqlamasında bildirmişdi ki, sözügedən avtobus sürücüsü ilə bağlı tədbir görüləcək.
N.Rzayev deyib ki, sözügedən görüntülərlə bağlı araşdırmanın nəticəsinə uyğun tədbir görüləcək.
"Şirkətimizin istismarında olan müasir tipli avtobusların hər birində panduslar quraşdırılmışdır. Bununla yanaşı, sürücülərə mütəmadi olaraq fiziki məhdudiyyətli insanlara xidmət göstərilməsi, pandusların açılıb-bağlanması, fiziki məhdudiyyətli sərnişinlərin arabalarının avtobuslara yerləşdirilməsi ilə bağlı təlimatlar verilir. Sürücü, əlilliyi olan şəxsin əlil arabası ilə yaxınlaşdığını gördükdə avtobusu saxladıqdan sonra pandusu açmalı, əlil arabasını avtobusa mindirərək yerləşdirməlidir. Bundan sonra sürücü pandusu bağlayaraq yoluna davam etməlidir. Amma bəzi hallarda panduslarla bağlı texniki problemlər nəzərə çarpır. Bu cür hallar tərəfimizdən dərhal aradan qaldırılır".
Xatırladaq ki, ötən gün 61 saylı avtobus sürücüsü ilə sərnişin arasında münaqişə yaranıb. Buna səbəb sürücünün əlil arabası üçün pandusunu açmaq istəməməsi olub. Sosial şəbəkələrdə yayılmış bu görüntülər ictimai qınağa səbəb olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0