Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bakıda I sinfə qəbulla bağlı 40 mindən çox sorğu yerləşdirilib

© Photo : Bakı şəhər üzrə təhsil idarəsinin mətbuat xidmətiBirinci sinfə qəbul
Birinci sinfə qəbul - Sputnik Azərbaycan, 1920, 29.08.2024
Abunə olmaq
Vətəndaşlara alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər xidmət göstərilir.
BAKI, 29 avqust — Sputnik. Avqustun 29-na (saat 11:30) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 40 383 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 6 791 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 2 485-i alternativ qeydiyyat mərkəzlərində, 2 970-i sistemin "Əlaqə" bölməsi vasitəsilə cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 1 336 valideyn isə 5, 6 və 7 saylı "ASAN xidmət" mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.
Qeyd edilib ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 13-nə qədər davam edəcək. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə (https://baku.edu.gov.az/az/page/276), eləcə də 5, 6 və 7 saylı "ASAN xidmət" mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edə bilərlər.
Vətəndaşlara alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər xidmət göstərilir. Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur. Sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə "WhatsApp" vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) müraciətlərinin cavablandırılması üçün müvafiq işçi qrupları tərəfindən də zəruri köməklik göstərilir.
15.05.24, 20:59
Birinci sinfə 102 min uşaq qəbul edilib
Bu günə qədər 102 minə yaxın uşaq artıq birinci sinfə qəbul edilib və onların müəllimləri seçilib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. Direktor bildirib ki, 10 minə yaxın uşaq rus bölməsində təhsil almaq istəyir:

"Onlar hazırda müsahibə mərhələsindədir. Ümumilikdə uşaqların təxminən 80 faizi müsahibədən keçir, 20 faizə yaxını qeyri-məqbul qiymət alır. Müsahibə mərhələsində iştirak edib uğur qazana bilməyən uşaqlar heç bir sıxıntı olmadan Azərbaycan bölməsində sorğu yerləşdirərək təhsil ala bilərlər. Müsahibədə uğur qazana bilməyən uşağın valideyni bununla bağlı Apellyasiya komissiyasına müraciət edə bilər".

© Photo : The Azerbaijan Republic Education PortalTəhsil Nazirliyinin şöbə müdiri Eşqi Bağırov, arxiv şəkli
Təhsil Nazirliyinin şöbə müdiri Eşqi Bağırov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.05.2024
Təhsil Nazirliyinin şöbə müdiri Eşqi Bağırov, arxiv şəkli
Xatırladaq ki, mayın 1-dən 2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılıb. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir və proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi sentyabrın 13-dək davam edəcək. Mayın 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat, mayın 30-dək isə müsahibə mərhələsi keçiriləcək. Sözügedən qrupda iyunun 12-dən sentyabrın 13-dək məktəb və müəllim seçimi aparılacaq. Birinci sinfə elektron qəbul prosesində valideynlərə kömək məqsədilə ölkə üzrə ümumilikdə 326 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0