Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Bayden administrasiyası Rusiyanın Ukrayandakı uğurlarından narahatdır - "New York Times"

© AP Photo / Susan WalshCo Bayden, arxiv şəkli
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.05.2024
Abunə olmaq
Baydenin bir sıra köməkçiləri Rusiyanın münaqişədən hansı texnologiyaların yaxşı, hansının isə zəif işləməsi ilə bağlı dərslər çıxarmasından, həmçinin vurulmuş silahları bərpa etməsindən narahatdırlar.
BAKI, 15 may — Sputnik. Rusiya qoşunları Ukraynada irəlilədikcə və ABŞ silahlarına qarşı texnoloji üstünlük qazandıqca Co Bayden administrasiyası Rusiyanın münaqişənin "trayektoriyasını" dəyişmək üçün sürət qazanmasından getdikcə daha çox narahat olur. Bu barədə "New York Times" yazır.
"New York Times"ın qeyd edir ki, ABŞ və NATO tərəfindən Ukraynaya verilən artilleriya və pilotsuz təyyarələr döyüş meydanına gec çatıb, lakin təəccüblü dərəcədə effektiv olan Rusiyanın elektron müharibə sistemləri tərəfindən sıradan çıxarılıb. Bundan əlavə, New York Times yazır ki, Rusiya Aiden-in keçən il Ukraynaya tədarük etməyə başladığı HIMARS MLRS-dən atılan müxtəlif raketlər də daxil olmaqla, "Ukrayna silahlarının hədəfə alınmasına müdaxilə edərək GPS qəbuledicilərini aldatmağı" uğurla bacarıb. Qəzet yazır:

"Belə buraxılış qurğuları azdır, lakin ruslar onların hərəkətlərini izləməkdə və bəzi hallarda, hətta yaxşı kamuflyaj olunsalar da, onları məhv etməkdə daha müvəffəq olublar".

Nəşrin yazır ki, Baydenin bir sıra köməkçiləri Rusiyanın münaqişədən hansı texnologiyaların yaxşı, hansının isə zəif işləməsi ilə bağlı dərslər çıxarmasından, həmçinin vurulmuş silahları bərpa etməsindən narahatdırlar.
Rusiya hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur. Bu NATO ölkələrinin münaqişəyə birbaşa cəlb edilməsidir və odla oynamaqdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Onun sözlərinə görə, ABŞ və NATO təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə münaqişədə bilavasitə iştirak edi. Kreml bəyan edib ki, Ukraynanı Qərbdən silahlarla təchiz danışıqlara kömək etmir və mənfi təsir göstərəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0