Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukraynanın gələcəyi NATO-ya maraqlı deyil

© AFP 2024 / JONATHAN NACKSTRANDNATO
NATO - Sputnik Azərbaycan, 1920, 14.05.2024
Abunə olmaq
Stoltenberqi yalnız Rusiya ilə qarşıdurma kontekstində Ukrayna dövlətinin gələcəyi maraqlandırır.
BAKI, 14 may — Sputnik. NATO Ukraynadan Rusiyaya qarşı alət kimi istifadə edir. Ukrayna dövlətinin və onun vətəndaşlarının gələcəyi blok üçün maraqlı deyil.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "İzvestiya" qəzetinə bildirib.
"Onun üçün Ukrayna NATO-nun anti-Rusiya kursunu həyata keçirməkdən ötrü bir vasitədir" - Mariya Zaxarova, NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynanın məğlub olacağı təqdirdə bərpasının mənasız olacağını bildirən sözlərini şərh edərkən deyib.
Zaxarova qeyd edib ki, Stoltenberqi yalnız Rusiya ilə qarşıdurma kontekstində Ukrayna dövlətinin gələcəyi maraqlandırır, Ukrayna vətəndaşlarının gələcəyi isə ona, "ümumiyyətlə, maraqlı deyil".
Bundan əvvəl NATO-nun baş katibi bəyan etmişdi ki, alyans ölkələri öz qoşunlarını Ukrayna ərazisinə göndərmək niyyətində deyillər. Onun sözlərinə görə, blokun əsas vəzifələri Ukrayna hakimiyyətinə dəstək vermək və ölkə daxilində gərginliyi cilovlamaqdır.
Xəbər lenti
0