Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mərkəzi Asiya ölkələri üçün rəngli inqilablar təhlükəsi yaranacaq - Qaluzin

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidQaluzin
Qaluzin - Sputnik Azərbaycan, 1920, 14.05.2024
Abunə olmaq
Rusiya XİN rəhbərinin müavini bildirib ki, Rusiya Federasiyası region ölkələrinin milli maraqlarına uyğun inkişaf hüququnu müdafiə edərək, onların etibarlı tərəfdaşı olaraq qalır.
BAKI, 14 may — Sputnik. Mərkəzi Asiyada resursları və logistik marşrutları ələ keçirməyə çalışan Qərb öz məqsədlərinə çatdıqdan sonra artıq region hökumətlərinə ehtiyac duymayacaq, rəngli inqilablar təhlükəsi yaranacaq. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Valday Klubunun IV Mərkəzi Asiya Konfransının açılışında bildirib.
"Biz həmçinin görürük ki, Vaşinqtonda və Brüsseldə regionun resurs bazasına çıxış əldə etmək və oradan keçən nəqliyyat arteriyalarına, eləcə də sudan istifadəyə nəzarət etmək üçün vicdansız oyun oynayırlar. Bu məqsədlərə nail olduqdan sonra Mərkəzi Asiya dövlətləri Qərb üçün yoldaş olmaqdan çıxacaq. Bu dövlətlərin geniş şəkildə tətbiq etdiyi rəngli inqilablar təhlükəsi meydana gələcək. Qərb özünü tam gücü ilə göstərəcək" - Qaluzin deyib.
O qeyd edib ki, bu fonda Rusiya Federasiyası region ölkələrinin milli maraqlarına uyğun inkişaf hüququnu müdafiə edərək, onların etibarlı tərəfdaşı olaraq qalır.
Xəbər lenti
0