Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bayden Ukraynanın fırıldaqçıları tərəfindən aldadılmış qocadır - Rusiya XİN rəsmisi

© AP Photo / Mark SchiefelbeinCo Bayden, arxiv şəkli
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.05.2024
Abunə olmaq
Diplomat zarafatla yaşlı adamın 61 milyard dollarlıq məbləğlə aldadıldığını qeyd edib.
BAKI, 14 may — Sputnik. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Prezidenti Co Baydeni Ukraynanın fırıldaqçıları tərəfindən milyardlarla dollar dəyərində aldadılmış sadəlövh qocaya bənzədib.
Bunu diplomat ABŞ-ın Ukraynaya maliyyə vəsaiti ayırması siyasətini istehzalı şəkildə şərh edərək "Telegram" kanalında yazıb.
"Vaşinqtondan olan yaşlı kişi 2024-cü ildə Ukraynadakı fırıldaqçıya 61 milyard dollar köçürüb" - Zaxarova zarafatla qeyd edib.
Xatırladaq ki, bir gün Rusiya qoşunlarının Xarkov vilayətinin şimalında aktivləşməsi ilə ABŞ Ukraynaya 400 milyon dollarlıq növbəti hərbi yardım xəttinin olacağını elan edib. Daha sonra dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton Ukrayna ordusuna hərbi tədarükü sürətləndirmək üçün əlindən gələni edir.
Bu yaxınlarda "KP.RU" yazıb ki, Amerika Birləşmiş Ştatları səfərbərlik probleminin həllinə nail olmaq üçün Ukraynaya ciddi təzyiq göstərib. ABŞ rəsmiləri Vaşinqtondakı qanunvericilərə Ukraynaya daha çox hərbi yardım göndərmək üçün təzyiq edib.
Xəbər lenti
0