https://sputnik.az/20240513/rusiya-sulh-prosesinde-istirak-etmelidir---svecre-xn-464586276.html
Rusiya sülh prosesində iştirak etməlidir - İsveçrə XİN
Rusiya sülh prosesində iştirak etməlidir - İsveçrə XİN
Sputnik Azərbaycan
İsveçrə iyunun 15-16-da Lyutsern şəhəri yaxınlığında Ukrayna ilə bağlı konfrans keçirəcək. 13.05.2024, Sputnik Azərbaycan
2024-05-13T22:28+0400
2024-05-13T22:28+0400
2024-05-13T22:28+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
peskov
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456863040_0:143:3073:1871_1920x0_80_0_0_cfaaf563dae937af7eb533e0a3eb38f2.jpg
BAKI, 13 may — Sputnik. Rusiya Ukraynada sülh prosesində iştirak etməlidir. Bunu İsveçrə XİN sözçüsü Pyer-Alen Elçinger RİA Novosti-yə deyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, İsveçrə artıq danışıqlar aparmaq üçün uyğun deyil. Onun sözlərinə görə, iyunun ortalarında Ukrayna üzrə keçiriləcək konfrans Rusiyaya ultimatum formalaşdırmaqla bağlıdır. "Ukraynada sülhün bərqərar olması prosesinə başlamağa çalışmaq lazımdır. İsveçrə əmindir ki, Rusiya bu prosesdə iştirak etməlidir. Rusiyasız sülh prosesi ağlasığmazdır. İsveçrə bu ilk konfransı təşkil etməklə müzakirələrin dəstəklənməsinə öz töhfəsini verir. Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün alternativ heç bir şey etməmək İsveçrə üçün seçim deyil". İsveçrə iyunun 15-16-da Lyutsern şəhəri yaxınlığında Ukrayna ilə bağlı konfrans keçirəcək. Rusiya konfransa qatılmayacaq. Toplantıya 160-a yaxın dövlət dəvət olunub. Rusiyanın Berndəki səfiri Sergey Qarmonin daha əvvəl RİA Novosti-yə bildirmişdi ki, Rusiya Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək konfransda heç bir formatda iştirak etməyəcək, bu konfransın məqsədi Moskvaya ultimatum təqdim etməkdir. O əlavə edib ki, bu konfrans səs-küylü, lakin boş piar kampaniyasına çevriləcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyanın iştirakı olmadan Ukrayna üzrə danışıqlar prosesinin heç bir mənası yoxdur. Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur; Kremlin bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləriməqbul sayılarsa, Ukraynadakı vəziyyət dinc istiqamətə keçə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456863040_153:0:2884:2048_1920x0_80_0_0_970c052499a755ef61743ff2acadf560.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, ukrayna, peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, sergey lavrov
rusiya, ukrayna, peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, sergey lavrov
Rusiya sülh prosesində iştirak etməlidir - İsveçrə XİN
İsveçrə iyunun 15-16-da Lyutsern şəhəri yaxınlığında Ukrayna ilə bağlı konfrans keçirəcək.
BAKI, 13 may — Sputnik. Rusiya Ukraynada sülh prosesində iştirak etməlidir. Bunu İsveçrə XİN sözçüsü Pyer-Alen Elçinger RİA Novosti-yə deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, İsveçrə artıq danışıqlar aparmaq üçün uyğun deyil. Onun sözlərinə görə, iyunun ortalarında Ukrayna üzrə keçiriləcək konfrans Rusiyaya ultimatum formalaşdırmaqla bağlıdır.
"Ukraynada sülhün bərqərar olması prosesinə başlamağa çalışmaq lazımdır. İsveçrə əmindir ki, Rusiya bu prosesdə iştirak etməlidir. Rusiyasız sülh prosesi ağlasığmazdır. İsveçrə bu ilk konfransı təşkil etməklə müzakirələrin dəstəklənməsinə öz töhfəsini verir. Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün alternativ heç bir şey etməmək İsveçrə üçün seçim deyil".
İsveçrə iyunun 15-16-da Lyutsern şəhəri yaxınlığında Ukrayna ilə bağlı konfrans keçirəcək. Rusiya konfransa qatılmayacaq. Toplantıya 160-a yaxın dövlət dəvət olunub. Rusiyanın Berndəki səfiri Sergey Qarmonin daha əvvəl RİA Novosti-yə bildirmişdi ki, Rusiya Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək konfransda heç bir formatda iştirak etməyəcək, bu konfransın məqsədi Moskvaya ultimatum təqdim etməkdir. O əlavə edib ki, bu konfrans səs-küylü, lakin boş piar kampaniyasına çevriləcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyanın iştirakı olmadan Ukrayna üzrə danışıqlar prosesinin heç bir mənası yoxdur.
Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur; Kremlin bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləriməqbul sayılarsa, Ukraynadakı vəziyyət dinc istiqamətə keçə bilər.