DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ankara Ukrayna ilə bağlı danışıqları bərpa etməyə hazırdır – Diplomatik mənbə

© AP Photo / Pavel GolovkinTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.05.2024
Abunə olmaq
Ankaradakı diplomatik mənbə bildirib ki, Ukraynada Rusiyanın iştirakı olmadan birtərəfli sülh təşəbbüslərinin uğur qazanmaq şansı yoxdur.
BAKI, 13 may — Sputnik. Türkiyə mütəmadi olaraq Ukrayna üzrə İstanbul danışıqlarının bərpasının zəruriliyi ilə bağlı məsələ qaldırır, lakin Ankara bu danışıqlara hazır olmağa dair cavab almayıb. Bu barədə Türkiyədəki diplomatik mənbə RİA Novosti-yə bildirib.
Türkiyə Ukraynadakı vəziyyəti diqqətlə izləyir və tərəfləri danışıqlara qayıtmağa çağırır. Onun sözlərinə görə, Ukraynada Rusiyanın iştirakı olmadan birtərəfli sülh təşəbbüslərinin uğur qazanmaq şansı yoxdur.
"Cənab prezident Rəcəb Tayyip Ərdoğan bu məsələni daima yüksək səviyyədə qaldırır, lakin hələlik tərəflərdən Türkiyənin təklifinə konkret reaksiya yoxdur", agentliyin həmsöhbəti bildirib.
Noyabrın sonunda Vladimir Zelenskinin "Xalqın xidmətçisi" partiyasının Ali Radadakı fraksiyasının rəhbəri, Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü David Araxamia bildirib ki, 2022-ci ilin yazındaUkrayna hakimiyyəti ölkənin neytrallığına razı olsaydı, Ukraynada hərbi əməliyyatlar başa çatacaqdı. İstanbulda Rusiya tərəfi ilə danışıqlardan sonra Britaniyanın o zamankı baş naziri Boris Conson Kiyevi Rusiya Federasiyası ilə heç bir şey imzalamamağa və mübarizə aparmağa çağırıb.
Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev danışıqlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur. Kremlin bəyan edir ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri qəbul olunarsa, Ukraynadakı vəziyyət dinc istiqamətə keçə bilər.
Xəbər lenti
0