https://sputnik.az/20240513/almati-gorusu-almati-prosesinin-baslangici-olacaqmi-464494754.html
Erməni nazir Almatı danışıqlarının nəticələri barədə: Çox danışmaq üçün əsasımız yoxdur
Erməni nazir Almatı danışıqlarının nəticələri barədə: Çox danışmaq üçün əsasımız yoxdur
Sputnik Azərbaycan
Ararat Mirzoyan deyib ki, Azərbaycan tərəfi ilə son danışıqlar konstruktiv şəraitdə keçib. 13.05.2024, Sputnik Azərbaycan
2024-05-13T13:34+0400
2024-05-13T13:34+0400
2024-05-13T12:59+0400
mətbuat mərkəzi
kasım-jomart tokayev
politoloq
almatı
almatı
xarici işlər nazirliyi
sputnik azərbaycan multimedia mətbuat mərkəzi
sputnik azərbaycan multimedia mətbuat mərkəzi
sputnik azərbaycan multimediya mətbuat mərkəzi
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800529_0:0:3071:1728_1920x0_80_0_0_2b43a9efcdaee25cd7d8d4f7c69361f3.jpg
BAKI, 13 may — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almatıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqları barədə məlumat verib. Bu barədə Ermənistan XİN rəhbəri ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqla birgə brifinqdə bildirib. "Azərbaycan tərəfi ilə son danışıqlarımız konstruktiv şəraitdə keçib. Mənim qiymətləndirmələrim danışıqların yekunu üzrə tərəflərin birgə bəyanatında öz əksini tapıb. Hazırda daha çox şey söyləmək üçün heç bir əsas yoxdur" - o deyib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb. Nazirlər və onların nümayəndə heyətləri "Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.08.05.24, 21:53Almatı görüşü Almatı prosesinin başlanğıcı olacaqmı?Qazaxıstan Prezidenti Kasım-JomartTokayevin təşəbbüsü ilə Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutacaq. Görüşdə münaqişədən sonrakı nizamlanma ilə bağlı geniş məsələlərin müzakirəsi planlaşdırılır. Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, qarşıdakı danışıqlar yalnız tərəflər arasında aparılacaq və burada Astananın vasitəçiliyindən söhbət getmir. Görüşün nəticələri ilə bağlı təəssüratları və görüşlərin Almatı ərazisində davam etdirilməsi ehtimalı barədə mayın 13-də, saat 14:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin təşkil etdiyi videokörpü zamanı müzakirə olunacaq. Bakıda - Tanınmış azərbaycanlı politoloq Sahil İsgəndərov, Astanada - Siyasi elmlər namizədi, Qazaxıstan Prezidenti yanında milli qurultayın üzvü Talqat Kaliyev. Əlaqə: Telefonlar: 404-13-84/85 Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
almatı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800529_182:0:2913:2048_1920x0_80_0_0_a75ddffd2bf410c69e493ffa942063f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kasım-jomart tokayev, politoloq, almatı, almatı, xarici işlər nazirliyi, sputnik azərbaycan multimedia mətbuat mərkəzi, sputnik azərbaycan multimedia mətbuat mərkəzi, sputnik azərbaycan multimediya mətbuat mərkəzi
kasım-jomart tokayev, politoloq, almatı, almatı, xarici işlər nazirliyi, sputnik azərbaycan multimedia mətbuat mərkəzi, sputnik azərbaycan multimedia mətbuat mərkəzi, sputnik azərbaycan multimediya mətbuat mərkəzi
Erməni nazir Almatı danışıqlarının nəticələri barədə: Çox danışmaq üçün əsasımız yoxdur
Ararat Mirzoyan deyib ki, Azərbaycan tərəfi ilə son danışıqlar konstruktiv şəraitdə keçib.
BAKI, 13 may — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almatıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqları barədə məlumat verib. Bu barədə Ermənistan XİN rəhbəri ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqla birgə brifinqdə bildirib.
"Azərbaycan tərəfi ilə son danışıqlarımız konstruktiv şəraitdə keçib. Mənim qiymətləndirmələrim danışıqların yekunu üzrə tərəflərin birgə bəyanatında öz əksini tapıb. Hazırda daha çox şey söyləmək üçün heç bir əsas yoxdur" - o deyib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb. Nazirlər və onların nümayəndə heyətləri "Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər.
Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.
Almatı görüşü Almatı prosesinin başlanğıcı olacaqmı?
Qazaxıstan Prezidenti Kasım-JomartTokayevin təşəbbüsü ilə Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutacaq. Görüşdə münaqişədən sonrakı nizamlanma ilə bağlı geniş məsələlərin müzakirəsi planlaşdırılır.
Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, qarşıdakı danışıqlar yalnız tərəflər arasında aparılacaq və burada Astananın vasitəçiliyindən söhbət getmir.
Görüşün nəticələri ilə bağlı təəssüratları və görüşlərin Almatı ərazisində davam etdirilməsi ehtimalı barədə mayın 13-də, saat 14:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin təşkil etdiyi videokörpü zamanı müzakirə olunacaq.
- Tanınmış azərbaycanlı politoloq Sahil İsgəndərov,
- Siyasi elmlər namizədi, Qazaxıstan Prezidenti yanında milli qurultayın üzvü Talqat Kaliyev.
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.