Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə ABŞ siyasi mərkəzləri üçün Rusiyaya qarşı əks çəki rolunu oynayır – KİV

© SputnikRusiya və Türkiyə bayraqları, arxiv
Rusiya və Türkiyə bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 12.05.2024
Abunə olmaq
Analitik bildirir ki, Vaşinqtonun siyasi mərkəzlərində ABŞ-ın İraq və Suriyadan çıxmasından sonra yaranacaq boşluğu Türkiyənin necə dolduracağı məsələsi müzakirə olunur.
BAKI, 12 may - Sputnik. ABŞ siyasi mərkəzləri Türkiyəyə Rusiya və Çinə əks çəki rolu vermək istəyirlər, buna görə də Vaşinqton Ankara ilə münasibətlərdə “yeni mərhələ” elan edir. Bu barədə RİA Novosti bazar günü Türkiyənin Aydınlık qəzetinə istinadən yazır.
ABŞ Dövlət Katibinin Siyasi Məsələlər üzrə müavini Con Bass bir müddət əvvəl Ankarada çıxış edərək, Türkiyə və ABŞ münasibətlərində “yeni bir mərhələnin astanasında” olduğunu və bunun “əsaslara”, o cümlədən “kollektiv müdafiə”yə qayıdışla başladığını dilə gətirib.
“Bu iki NATO müttəfiqinin İsrailin amansız təcavüzü ilə bağlı ortaq mövqeyi varmı? Yoxsa Vaşinqton və Ankaranın Türkiyənin ən mühüm xarici ticarət tərəfdaşlarından biri olan Rusiyaya qarşı sanksiyalarla bağlı ortaq maraqları var? Ankara və Vaşinqton Türkiyənin Atlantik təhdidlərə qarşı mübarizədə əsas müttəfiqi olan Rusiyaya qarşı siyasətlərində harda həmfikirdirlər?”, - Türkiyə nəşrinin köşə yazarı Fikrət Akfırat soruşur.
© AFP 2024 / KAYHAN OZERABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan, 1920, 12.05.2024
ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Onun sözlərinə görə, “Vaşinqtonun siyasi mərkəzlərində ABŞ-ın İraq və Suriyadan çıxmasından sonra yaranacaq boşluğu Türkiyənin necə dolduracağı məsələsi müzakirə olunur”.

“Yəni Türkiyə Suriyanın parçalanması əməliyyatında ABŞ-ın rolunu öz üzərinə götürəcək və İraq və Suriyada İran və Rusiyaya qarşı mövqe tutacaq. Məsələ bununla məhdudlaşmır. Daha geniş miqyasda Türkiyə Afrika və Orta Asiyada Rusiya və Çinə qarşı ABŞ adından hərəkət etməlidir. Bəli, ABŞ mühitində Türkiyə üçün nəzərdə tutulan rol məhz budur. Ankaranın “yeni səhifə” gözləntilərindən asılı olmayaraq, ABŞ “yeni mərhələni” belə doldurur”, - müəllif yazır.

Köşə yazarının fikrincə, sual ondan ibarətdir ki, Ankara niyə Türkiyənin maraqlarına heç də xidmət etməyən, əksinə bu rolun qoyulduğu “yeni mərhələ” və ya “yeni səhifə”yə niyə bu qədər can atır?
“Bir tərəfdən Türkiyənin təcili ehtiyac duyduğu milli təhlükəsizlik siyasəti, digər tərəfdən isə Ankaranın “ABŞ ilə uyğunlaşma” siyasəti var. Bu ziddiyyətin davam etməsi üçün heç bir şərait yoxdur”, - Akfırat qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0