https://sputnik.az/20240512/bag-evlerinin-qiymeti-neden-fantastik-hedde-catib---ayliq-20-25-min-manat-464570786.html
Bağ evlərinin qiyməti nədən fantastik həddə çatıb - Aylıq 20-25 min manat
Bağ evlərinin qiyməti nədən fantastik həddə çatıb - Aylıq 20-25 min manat
Sputnik Azərbaycan
Əmlak məsələləri üzrə ekspert bildirib ki, bağ evlərinin oratalama qiyməti aylıq 3-5 min arasındadır. 12.05.2024, Sputnik Azərbaycan
2024-05-12T19:11+0400
2024-05-12T19:11+0400
2024-05-12T19:11+0400
ev
paytaxt xəbərləri
turizm
əmlak
kirayə ev
bağ
manat
turist
https://cdnn1.img.sputnik.az/img/42304/68/423046832_0:160:3072:1888_1920x0_80_0_0_9e170a7ec09c58454dfddb50916e371b.jpg
BAKI, 12 may — Sputnik. "Turizm mövsümünün başlanması daxili turizmə tələbatı artırdığı üçün bağ evlərinin qiymətində nəzərəçarpacaq artım baş verəcək. Hazırda Bakı ətrafında aylıq icarə haqqı 20-25 min manat olan bağ evləri var". Bunu Sputnik Azərbaycan-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib. Onun sözlərinə görə, quru sərhədlərin bağlı qalması daxili turizmə təlabatı artırır:Ramil Osmanlı vurğulayıb ki, hazırda dəniz kənarına yaxın və infrastruktur baxımından geniş olan ərazilərdə bağ evlərinə daha çox tələbat var. Onun sözlərinə görə, Fatmayı ərazisini müqayisə etsək, Mərdəkan, Bilgəh, Novxanı ərazilərində bağ evlərinə maraq daha çoxdur. O, bildirib ki, Pirşağı, Zaqulba, Fatmayı kimi ərazilərdə də bağ evlərinə təlabat var. Turizm üzrə ekspert Ceyhun Aşurov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, quru sərhədlər bağlı olduğundan xaricə çıxış imkanı ancaq hava yolları ilə mümkün olur. Bu da turizm xərclərinin artması deməkdir. Həmsöhbətimiz bu səbəbdən turistlərin bir qisminin daxili turizmə üstünlük verdiyini söyləyib. Ekspert bildirib ki, uçuş nöqtələrinin artması və viza rejiminin götürülməsi xarici səfərlərin də sayını artırır. O, bu səbəbdən xarici uçuşların da artacağını göstərir.C.Aşurov AZAL-ın yay aylarında uçuş nöqtələrinin sayının 60-a çatdırmasının bu məsələyə müsbət təsir göstərəcəyi qənaətindədir. Qeyd edək ki, bu il Azərbaycana 2,9-3 milyon turistin gələcəyi gözlənilir. Bunu Dövlət Turizm Agentliyinin (DTA) Aparat rəhbəri Kənan Qasımov Azərbaycanın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının "Turizmin inkişafı" işçi qrupunun 2023-cü il Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran prioritetlər mövzusunda tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Xatırladaq ki, 2023-cü ildə Azərbaycana 187 ölkədən 2 milyon 085,8 min nəfər və yaxud 2022-ci illə müqayisədə 30,2 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Məlumat üçün onu da deyək ki, bu il qonşu Gürcüstan turizmdən 4,5 milyard dollar əldə edəcək. Bu barədə "Galt & Taggart" investisiya kompaniyasının araşdırmasında yazılıb. Bildirilib ki, yanvar-mart aylarında beynəlxalq səyahətçilərin səfərlərinin sayı il ərzində 7,6% artaraq 1,3 milyon nəfər təşkil edib. Ümumi ziyarətlərin 938,6 min nəfərini turist səfərləri təşkil edib ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 11% çoxdur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42304/68/423046832_171:0:2902:2048_1920x0_80_0_0_42ff2911357533b5a01009f1717ec615.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ev, turizm, əmlak, kirayə ev, bağ, manat, turist
ev, turizm, əmlak, kirayə ev, bağ, manat, turist
Bağ evlərinin qiyməti nədən fantastik həddə çatıb - Aylıq 20-25 min manat
Əmlak məsələləri üzrə ekspert bildirib ki, bağ evlərinin oratalama qiyməti aylıq 3-5 min arasındadır.
BAKI, 12 may — Sputnik. "Turizm mövsümünün başlanması daxili turizmə tələbatı artırdığı üçün bağ evlərinin qiymətində nəzərəçarpacaq artım baş verəcək. Hazırda Bakı ətrafında aylıq icarə haqqı 20-25 min manat olan bağ evləri var". Bunu Sputnik Azərbaycan-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib. Onun sözlərinə görə, quru sərhədlərin bağlı qalması daxili turizmə təlabatı artırır:
"Pandemiyadan sonra bu daha çox müşahidə olundu. Pandemiya dövründə xaricə çıxış məhdudlaşdırıldığından bu özünü daha çox biruzə verdi. Beləcə, daxili turizmə maraq artdı. Bakı və ətraf ərazilərdə bağ evlərinə yay mövsümündən təlabat artıb. Bu gün də bu tendensiya davam edir".
Ramil Osmanlı vurğulayıb ki, hazırda dəniz kənarına yaxın və infrastruktur baxımından geniş olan ərazilərdə bağ evlərinə daha çox tələbat var. Onun sözlərinə görə, Fatmayı ərazisini müqayisə etsək, Mərdəkan, Bilgəh, Novxanı ərazilərində bağ evlərinə maraq daha çoxdur. O, bildirib ki, Pirşağı, Zaqulba, Fatmayı kimi ərazilərdə də bağ evlərinə təlabat var.
"Qışla müqayisədə yazda qiymətlər iki-üç dəfə, bəzən daha çox artıb. Belə ki, 500 manata qış aylarında təklif olunan bağ evləri hazırda 1500 manatdır. Dənizə yaxın, piyada məsafəsi az olan, şəraitli bağ evləri daha bahadır. Hovuzu olan, fitnes imkanları olan bağ evləri daha baha qiymətə təklif olunur. Elə bağ evləri var ki, orada eyni vaxtda beş-on ailə istirahət edə bilər. Bakı ətrafında aylıq icarə qiymətləri 20-25 min manata təklif olunan bağ evləri var. Belə bağ evlərinin öz müştəriləri var. Onlar çox vaxt ev elanı saytlarına çıxarılmır. Ən ucuz bağ evləri 1000 manatdan başlayır. Bağ evlərinin oratalama qiyməti aylıq 3-5 min arasındadır", - Ramil Osmanlı bildirib.
Turizm üzrə ekspert Ceyhun Aşurov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, quru sərhədlər bağlı olduğundan xaricə çıxış imkanı ancaq hava yolları ilə mümkün olur. Bu da turizm xərclərinin artması deməkdir. Həmsöhbətimiz bu səbəbdən turistlərin bir qisminin daxili turizmə üstünlük verdiyini söyləyib. Ekspert bildirib ki, uçuş nöqtələrinin artması və viza rejiminin götürülməsi xarici səfərlərin də sayını artırır. O, bu səbəbdən xarici uçuşların da artacağını göstərir.
C.Aşurov AZAL-ın yay aylarında uçuş nöqtələrinin sayının 60-a çatdırmasının bu məsələyə müsbət təsir göstərəcəyi qənaətindədir.
Qeyd edək ki, bu il Azərbaycana 2,9-3 milyon turistin gələcəyi gözlənilir. Bunu Dövlət Turizm Agentliyinin (DTA) Aparat rəhbəri Kənan Qasımov Azərbaycanın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının "Turizmin inkişafı" işçi qrupunun 2023-cü il Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran prioritetlər mövzusunda tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Bütün hallarda indiyə qədər ki, göstəricilərimiz onu demeyə əsas verir ki, kifayət qədər yaxşı artım tempimiz var. Ötən illə müqayisədə son ayda 36 %-ə yaxın artım müşahidə edilib. Amma hələ ki, 2019-cu ilin rəqəmlərindən geri qalırıq", - K. Qasımov qeyd edib.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycana 187 ölkədən 2 milyon 085,8 min nəfər və yaxud 2022-ci illə müqayisədə 30,2 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Məlumat üçün onu da deyək ki, bu il qonşu Gürcüstan turizmdən 4,5 milyard dollar əldə edəcək. Bu barədə "Galt & Taggart" investisiya kompaniyasının araşdırmasında yazılıb. Bildirilib ki, yanvar-mart aylarında beynəlxalq səyahətçilərin səfərlərinin sayı il ərzində 7,6% artaraq 1,3 milyon nəfər təşkil edib. Ümumi ziyarətlərin 938,6 min nəfərini turist səfərləri təşkil edib ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 11% çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.