https://sputnik.az/20240511/rusiyanin-yeni-hokumetinde-kimler-olacaq-misustin-dumaya-siyahini-gonderib-464563824.html
Rusiyanın yeni hökumətində kimlər olacaq? Mişustin Dumaya siyahını göndərib
Rusiyanın yeni hökumətində kimlər olacaq? Mişustin Dumaya siyahını göndərib
Sputnik Azərbaycan
Mişustin hamının intizarla gözlədiyi siyahını Dumaya göndərdi
2024-05-11T23:55+0400
2024-05-11T23:55+0400
2024-05-12T10:30+0400
rusiya
mixail mişustin
dövlət duması
duma
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463091715_0:0:2878:1620_1920x0_80_0_0_ad57876f660c045cbfd353d0914cecff.jpg
BAKI, 11 may - Sputnik. Rusiyanın baş naziri Mixail Mişustin Dövlət Dumasına yeni hökumətin tərkibi ilə bağlı təkliflərini təqdim edib.Təkliflərə əsasən, hazırda fəaliyyət göstərən nazirlərin bəziləri öz postlarını saxlayacaqlar.Denis Manturov Sənaye və Ticarət Nazirliyinin rəhbəri vəzifəsini tərk edərək baş nazirin birinci müavini olacaq. O, bu vəzifədə 65 yaşlı Andrey Belousovu əvəz edəcək.Nəqliyyat Nazirliyinin rəhbəri, 70 yaşlı Vitali Savelyev baş nazirin nəqliyyat və logistika üzrə müavini olacaq. Savelyevin Nəqliyyat Nazirliyindəki yerini Kursk vilayətinin 52 yaşlı qubernatoru Roman Starovoyt əvəz edəcək.Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri, 46 yaşlı Dmitri Patruşev Viktoriya Abramçenkonu kənd təsərrüfatı və ekologiya məsələləri üzrə baş nazirin müavini vəzifəsində əvəz edəcək. Patruşevin əvəzinə Kənd Təsərrüfatı Nazirliyinə onun birinci müavini, 45 yaşlı Oksana Lut rəhbərlik edəcək.Kalininqrad vilayətinin 37 yaşlı qubernatoru Anton Alixanov sənaye və ticarət naziri olacaq. 72 yaşlı Nikolay Şulqinovun əvəzinə Energetika Nazirliyinə Kemerovo vilayətinin 62 yaşlı qubernatoru Sergey Tsivilev rəhbərlik edəcək.İdman Nazirliyinin rəhbəri 59 yaşlı Oleq Matytsinin əvəzinə Xabarovsk diyarının 42 yaşlı qubernatoru Mixail Deqtyarev olacaq.Baş nazirin müavini Aleksandr Novaka energetikadan əlavə, iqtisadiyyata və sanksiyalarla mübarizə məsələlərinə nəzarət etmək tapşırılıb. Hökumət aparatına rəhbərlik edən baş nazirin müavini Dmitri Qriqorenko rəqəmsal inkişaf və antiinhisar siyasətinə də nəzarət edəcək.Baş nazirin müavini Dmitri Çernışenko da mətbuata nəzarət edəcək. Digər müavin Tatyana Qolikova öz vəzifəsini qoruyacaq və eyni zamanda Milli İşlər üzrə Federal Agentliyin işinə də nəzarət edəcək.Konstitusiyaya görə, Baş nazir Dövlət Dumasına birbaşa prezidentə tabe olan nazirlər üçün namizədlər təklif etmir. Bunlar Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Ədliyyə Nazirliyidir. Bu departamentlərin rəhbərləri vəzifələrinə namizədləri prezident özü təklif edir və o, təyinatla bağlı parlamentin yuxarı palatası - Federasiya Şurası ilə məsləhətləşəcək.Bununla yanaşı, Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmət Rusiya Müdafiə Nazirliyindən çıxarılaraq birbaşa prezidentə həvalə edilib (Report).Qeyd edək ki, mayın 10-da Vladimir Putin Mixail Mişustini hökumətin sədri təyin edib. Baş nazir artıq prezidentə federal icra orqanlarının strukturu ilə bağlı təklifləri təqdim edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463091715_147:0:2878:2048_1920x0_80_0_0_c2dfc2b4d10bcc2a2c77c0718ba26615.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiyanı kimlər idarə edəcək, mişustin siyahını dumaya göndərdi
rusiyanı kimlər idarə edəcək, mişustin siyahını dumaya göndərdi
Rusiyanın yeni hökumətində kimlər olacaq? Mişustin Dumaya siyahını göndərib
23:55 11.05.2024 (Yenilənib: 10:30 12.05.2024) Baş nazir artıq prezident Putinə federal icra orqanlarının strukturu ilə bağlı təklifləri təqdim edib.
BAKI, 11 may - Sputnik. Rusiyanın baş naziri Mixail Mişustin Dövlət Dumasına yeni hökumətin tərkibi ilə bağlı təkliflərini təqdim edib.
Təkliflərə əsasən, hazırda fəaliyyət göstərən nazirlərin bəziləri öz postlarını saxlayacaqlar.
Denis Manturov Sənaye və Ticarət Nazirliyinin rəhbəri vəzifəsini tərk edərək baş nazirin birinci müavini olacaq. O, bu vəzifədə 65 yaşlı Andrey Belousovu əvəz edəcək.
Nəqliyyat Nazirliyinin rəhbəri, 70 yaşlı Vitali Savelyev baş nazirin nəqliyyat və logistika üzrə müavini olacaq. Savelyevin Nəqliyyat Nazirliyindəki yerini Kursk vilayətinin 52 yaşlı qubernatoru Roman Starovoyt əvəz edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri, 46 yaşlı Dmitri Patruşev Viktoriya Abramçenkonu kənd təsərrüfatı və ekologiya məsələləri üzrə baş nazirin müavini vəzifəsində əvəz edəcək. Patruşevin əvəzinə Kənd Təsərrüfatı Nazirliyinə onun birinci müavini, 45 yaşlı Oksana Lut rəhbərlik edəcək.
Kalininqrad vilayətinin 37 yaşlı qubernatoru Anton Alixanov sənaye və ticarət naziri olacaq. 72 yaşlı Nikolay Şulqinovun əvəzinə Energetika Nazirliyinə Kemerovo vilayətinin 62 yaşlı qubernatoru Sergey Tsivilev rəhbərlik edəcək.
İdman Nazirliyinin rəhbəri 59 yaşlı Oleq Matytsinin əvəzinə Xabarovsk diyarının 42 yaşlı qubernatoru Mixail Deqtyarev olacaq.
Baş nazirin müavini Aleksandr Novaka energetikadan əlavə, iqtisadiyyata və sanksiyalarla mübarizə məsələlərinə nəzarət etmək tapşırılıb. Hökumət aparatına rəhbərlik edən baş nazirin müavini Dmitri Qriqorenko rəqəmsal inkişaf və antiinhisar siyasətinə də nəzarət edəcək.
Baş nazirin müavini Dmitri Çernışenko da mətbuata nəzarət edəcək. Digər müavin Tatyana Qolikova öz vəzifəsini qoruyacaq və eyni zamanda Milli İşlər üzrə Federal Agentliyin işinə də nəzarət edəcək.
Konstitusiyaya görə, Baş nazir Dövlət Dumasına birbaşa prezidentə tabe olan nazirlər üçün namizədlər təklif etmir. Bunlar Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Ədliyyə Nazirliyidir. Bu departamentlərin rəhbərləri vəzifələrinə namizədləri prezident özü təklif edir və o, təyinatla bağlı parlamentin yuxarı palatası - Federasiya Şurası ilə məsləhətləşəcək.
Bununla yanaşı, Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmət Rusiya Müdafiə Nazirliyindən çıxarılaraq birbaşa prezidentə həvalə edilib (Report).
Qeyd edək ki, mayın 10-da Vladimir Putin Mixail Mişustini hökumətin sədri təyin edib. Baş nazir artıq prezidentə federal icra orqanlarının strukturu ilə bağlı təklifləri təqdim edib.