https://sputnik.az/20240511/antonov-qerb-ukraynada-tarixi-yaddasi-mehv-edib-464534913.html
Antonov: Qərb Ukraynada tarixi yaddaşı məhv edib
Antonov: Qərb Ukraynada tarixi yaddaşı məhv edib
Sputnik Azərbaycan
"Əminəm ki, ölkəmizin həyata keçirdiyi xüsusi hərbi əməliyyat hər şeyi öz yerinə qoyacaq. Biz qalib gələcəyik" - diplomat xatırladıb. 11.05.2024, Sputnik Azərbaycan
2024-05-11T08:44+0400
2024-05-11T08:44+0400
2024-05-11T08:44+0400
anatoli antonov
rusiya
abş
abş
səfir
ukrayna
qərb
qərb
qərb
təzyiq
https://cdnn1.img.sputnik.az/img/41487/95/414879567_0:24:2785:1590_1920x0_80_0_0_e1b0e9e6ea3a0c7346cef8fcaa3e59ab.jpg
BAKI, 11 may — Sputnik. Qərb dövlətləri Ukraynanı tarixi yaddaşın məhv edilməsi laboratoriyasına çeviriblər. Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib. O, vurğulayıb ki, bu məqsədlə Rusiya Federasiyasının əleyhdarları bütöv bir nəsli "yenidən tərbiyə ediblər". "Bizim geosiyasi rəqiblərimiz mahiyyət etibarı ilə Ukraynanı tarixi yaddaşın məhv edilməsi laboratoriyasına çeviriblər. Orada bir nəsil insan illərdir yenidən tərbiyə olunur, köklərindən və ortaq qəhrəmanlarımızdan imtina etməyə məcbur edilir və bütün bunlar yalnız bir məqsəd güdür. Bu məqsədin adı "Rusiyaya qarşı təzyiq"dir", – səfir bildirib. Rusiyanın ABŞ-dakı səfiri onu da qeyd edib ki, əvvəlki səhvlərin təkrarlanmasının qarşısını almaq lazımdır. Bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyində Qələbə Günü münasibətilə keçirilən qəbul zamanı bəyanat verilib. Antonov əlavə edib ki, Ukraynada və bəzi Avropa ölkələrində "gen-bol cücərmiş" "qəhvəyi vəba" tumurcuqlarına qarşı sülh və təhlükəsizlik uğrunda mübarizə aparmaq lazımdır. Bundan əlavə, nasist cinayətkarlarına, eləcə də onların ortaqlarına bəraət qazandırmaq cəhdlərinə qarşı mübarizə aparılmalıdır. "Əminəm ki, ölkəmizin həyata keçirdiyi xüsusi hərbi əməliyyat hər şeyi öz yerinə qoyacaq. Biz qalib gələcəyik", - diplomat xatırladıb. Qeyd edək ki, Antonov bir müddət əvvəl ABŞ-ın Ukraynada faşizmi dəstəklədiyini və Kiyevə yeni milyardlarla dollarlıq yardım ayırmaqla bu dövlətin taleyinə son qoyduğunu bildirib.
abş
qərb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41487/95/414879567_0:0:2731:2048_1920x0_80_0_0_6a71961f665eea8f67747161bef556a9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
anatoli antonov, abş, abş, səfir, ukrayna, qərb, qərb, qərb, təzyiq
anatoli antonov, abş, abş, səfir, ukrayna, qərb, qərb, qərb, təzyiq
Antonov: Qərb Ukraynada tarixi yaddaşı məhv edib
"Əminəm ki, ölkəmizin həyata keçirdiyi xüsusi hərbi əməliyyat hər şeyi öz yerinə qoyacaq. Biz qalib gələcəyik" - diplomat xatırladıb.
BAKI, 11 may — Sputnik. Qərb dövlətləri Ukraynanı tarixi yaddaşın məhv edilməsi laboratoriyasına çeviriblər.
Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
O, vurğulayıb ki, bu məqsədlə Rusiya Federasiyasının əleyhdarları bütöv bir nəsli "yenidən tərbiyə ediblər".
"Bizim geosiyasi rəqiblərimiz mahiyyət etibarı ilə Ukraynanı tarixi yaddaşın məhv edilməsi laboratoriyasına çeviriblər. Orada bir nəsil insan illərdir yenidən tərbiyə olunur, köklərindən və ortaq qəhrəmanlarımızdan imtina etməyə məcbur edilir və bütün bunlar yalnız bir məqsəd güdür. Bu məqsədin adı "Rusiyaya qarşı təzyiq"dir", – səfir bildirib.
Rusiyanın ABŞ-dakı səfiri onu da qeyd edib ki, əvvəlki səhvlərin təkrarlanmasının qarşısını almaq lazımdır. Bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyində Qələbə Günü münasibətilə keçirilən qəbul zamanı bəyanat verilib.
Antonov əlavə edib ki, Ukraynada və bəzi Avropa ölkələrində "gen-bol cücərmiş" "qəhvəyi vəba" tumurcuqlarına qarşı sülh və təhlükəsizlik uğrunda mübarizə aparmaq lazımdır.
Bundan əlavə, nasist cinayətkarlarına, eləcə də onların ortaqlarına bəraət qazandırmaq cəhdlərinə qarşı mübarizə aparılmalıdır.
"Əminəm ki, ölkəmizin həyata keçirdiyi xüsusi hərbi əməliyyat hər şeyi öz yerinə qoyacaq. Biz qalib gələcəyik", - diplomat xatırladıb.
Qeyd edək ki, Antonov bir müddət əvvəl ABŞ-ın Ukraynada faşizmi dəstəklədiyini və Kiyevə yeni milyardlarla dollarlıq yardım ayırmaqla bu dövlətin taleyinə son qoyduğunu bildirib.