Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bu gün axşam Yer kürəsini maqnit qasırğası bürüyəcək

© AFP 2023 / PEKKA SAKKI / LEHTIKUVAmaqnit qasırğası
maqnit qasırğası - Sputnik Azərbaycan, 1920, 20.05.2024
Abunə olmaq
Dünən gecə Günəşdə bir neçə partlayış qeydə alınıb.
BAKI, 16 may — Sputnik. Bu gün axşam Yer kürəsini G1 səviyyəli zəif maqnit qasırğası bürüyəcək.
Bu barədə Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiya Laboratoriyasının saytında qeyd edilib. Mütəxəssislərin məlumatına görə, maqnit qasırğası ehtimalı 35 faiz qiymətləndirilir.
Maqnit qasırğasının Bakı vaxtı ilə saat 19:00-da (Moskva vaxtı ilə saat 18:00-da) olacağı gözlənilir. Dünən gecə isə Günəşdə bir neçə partlayış qeydə alınıb.
Xatırladaq ki, mayın 14-də cari günəş aktivliyi dövründə ən böyük partlayış baş verib. Mütəxəssislər bunu X8.7 olaraq qiymətləndiriblər. Son G5 fırtınası X5.8 səviyyəsində qiymətləndirilir, günəş aktivliyinin daha böyük qiymətləndirilməsi isə 2017-ci ilin sentyabrında qeydə alınıb.
16.05.24
Bu yaxınlarda proqnozlaşdırılmayan orta səviyyəli G2 maqnit qasırğası Yer kürəsini bürüyüb.
Bu barədə Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiya Laboratoriyasının mətbuat xidməti məlumat yayıb.
"Orta səviyyəli G2 maqnit qasırğası baş verir. Hadisənin olacağı proqnozlaşdırılmamışdır- günün tamamilə sakit keçəcəyi gözlənilirdi" - saytda qeyd edilib.
Mütəxəssislər hesab edirlər ki, bugünkü maqnit qasırğası təsadüfi xarakter daşıyır və çox güman ki, qısa müddətə davam edəcək.
Qeyd olunur ki, maqnit qasırğası ilə bağlı xəbərlər dərc olunan zaman maqnit sahəsindəki dalğalanmalar demək olar ki, yox olub.
"KP.RU" bu yaxınlarda bildirib ki, may ayında Yer kürəsi, bir əsrin ən güclü qasırğasını yaşayıb. İndi ekspertlər baş verənlərə daha dəqiq qiymət verəcək hesablamalar aparırlar.
10.05.24, 18:44
Mayın 11-nə keçən gecə son 20 ilin ən güclü maqnit qasırğası gözlənilir
Mayın 11-nə keçən gecə son 20 ilin ən yüksək səviyyəli maqnit qasırğası baş verə bilər.
Bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun "Günəş astronomiyası" laboratoriyasının rəhbəri Sergey Boqaçov bildirib.
Belə ki, bu günlərdə Yerin maqnit sahəsinə şiddətli fırtınanın zərbə vuracağı gözlənilir. Onun təsirləri mayın 12-si bazar gününə qədər müşahidə oluna bilər.
"Üç gün ərzində Günəş planetimizə dörd böyük plazma buludu atıb. Onların bəziləri yolda birləşərək vahid obyektə çevriliblər. Hesablamalara görə, həmin obyekt bu gecə Yerin maqnit sahəsinə zərbə vuracaq" – ekspert xəbərdarlıq edib.
Qeyd olunub ki, maqnit qasırğalarının təsirinə ən çox yaşlı insanlar və azyaşlı uşaqlar həssasdır. Onlar yuxu ilə bağlı çətinlikliklər yarana və baş ağrıları ola bilər. Təbiət hadisəsi naviqasiya sistemlərinin və elektronikanın nasazlığına da səbəb ola bilər.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya və Çinin Ayda atom stansiyası quraşdıracaqları barədə məlumat verilmişdi.
Xəbər lenti
0