QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda tikinti-qazma işləri zamanı yenə insan sümükləri aşkar edildi

© Photo : Prosecutor General's Office of the Republic of AzerbaijanXocalıda insan qalıqları aşkar edilib
Xocalıda insan qalıqları aşkar edilib - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Abunə olmaq
Malıbəylidə insana məxsus sümük fraqmentləri tapılıb.
BAKI, 9 may - Sputnik. Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insana məxsus sümük fraqmentləri aşkar edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 8-də kənddə həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Xocalı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, aprel ayında Malıbəyli kəndi ərazisində həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində səkkiz nəfərə (biri azyaşlı olmaqla) aid sümük fraqmentləri tapılıb.
Xatırladaq ki, bu, işğaldan azad olunmuş malıbəyli ərazisində insan sümüklərinin aşkar edildiyi ilk hadisə deyil.
Belə ki, aprel ayının 24-də də işğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisindəinsan qalıqlarının aşkar olunması barədə məlumat daxil olub. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birgə məlumat yayıb.
Məlumata görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan qurumların, o cümlədən Baş Prokurorluq, Dövlət Komissiyasının İşçi qrupu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Fövqəladə Hallar Nazirliyi, ANAMA və Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitunun peşəkar mütəxəssis heyəti dərhal əraziyə ezam edilib.
İlkin araşdırma zamanı məlum olub ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və abadlıq işləri zamanı Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış "Məhəllə" adlanan ərazi) torpaq səthi üzərində insan qalıqları aşkar olunub. Keçirilən baxış istintaq hərəkəti zamanı qazıntı işləri aparılarkən ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Hazırda ərazidə olan insan qalıqlarının tam aşkar edilməsi istiqamətində işlər davam etdirilməklə, sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, onların torpaqda qalma müddətinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertləri və mütəxəssislərin iştirakı ilə baxış davam etdirilir, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0