Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Böyük Vətən Müharibəsi veteranlarının ənənələri layiqincə davam etdirilir - Şoyqu

© Sputnik / Павел Бедняков / Mediabanka keçidRusiyanın müdafiə naziri vəzifəsini icra edən Sergey Şoyqu
Rusiyanın müdafiə naziri vəzifəsini icra edən Sergey Şoyqu - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Abunə olmaq
General ölkə hərbçilərinin öz hərbi borcunu şərəflə yerinə yetirdiyini vurğulayıb.
BAKI, 9 may - Sputnik. Rusiyanın müdafiə naziri vəzifəsini icra edən Sergey Şoyqu veteranları Qələbə Günü münasibətilə təbrik edərək bildirib ki, Rusiya hərbçiləri Böyük Vətən Müharibəsi veteranlarının şanlı ənənələrini layiqincə davam etdirir, öz hərbi borcunu şərəflə yerinə yetirirlər. Bu barədə müvafiq təbrik Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında dərc olunub.
“Bu gün Rusiya hərbi qulluqçuları Böyük Vətən Müharibəsi veteranlarının şanlı ənənələrini layiqincə davam etdirirlər. Onlar öz hərbi borclarını şərəflə yerinə yetirir, dövlətin milli maraqlarının qorunması istiqamətində mühüm vəzifələri uğurla həll edirlər”, - təbrikdə deyilir.
Nazir bildirib ki, xüsusi hərbi əməliyyat zamanı rus hərbçiləri nasizm tərəfdarlarına qarşı mərdliklə mübarizə aparır və ölkənin təhlükəsizliyini təmin edirlər.

“Bu gün Rusiya hərbçiləri xüsusi hərbi əməliyyat zamanı nasizm tərəfdarlarına qarşı cəsarətlə döyüşür və ölkəmizin təhlükəsizliyini təmin edirlər”, - təbrikdə deyilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0