Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

BAM-ın inşası Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır - Rusiyalı deputat - FOTO

© Photo : AZƏRTACMoskvada ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş gecə keçirilib
Moskvada ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş gecə keçirilib
 - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Abunə olmaq
Moskvada Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
BAKI, 9 may - Sputnik. Azərbaycanın Rusiyadakı səfirliyi Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyi ilə birgə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xatirə gecəsi təşkil edib.
Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə Dövlət Dumasının deputatları, diplomatik nümayəndəliklərin rəhbərləri, Rusiyanın tanınmış ictimai xadimləri, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları və Azərbaycan diasporunun görkəmli nümayəndələri iştirak ediblər.
© Photo : AZƏRTACMoskvada ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş gecə keçirilib
В Москве прошел вечер, посвященный 101-й годовщине со дня рождения великого лидера Гейдара Алиева
 - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Moskvada ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş gecə keçirilib
Tədbirin qonaqları 1984-cü ildə Baykal-Amur Magistralına səfəri zamanı Heydər Əliyevi müşayiət edən “Vostoçno-Sibirskaya Pravda” qəzetinin əməkdaşı Valeri Karasyovun çəkdiyi fotolardan ibarət sərgi ilə tanış olublar. Ust-Kutdan Sakit okeana qədər bütün yol boyu Karasyov Ulu Öndər Heydər Əliyevin BAM-ın yerli rəhbərliyi və qəhrəmanları ilə görüşlərini lentə alıb. Həmin səfərdən bəhs edən fotomaterialları – 1600 şəkli – fotomüxbir Azərbaycanın Rusiyadakı səfirliyinə hədiyyə edib. Bu fotoşəkillərin bir hissəsi tədbirdə təqdim edilib.
Tədbiri açan Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qeyd edib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev 1990-cı illərin birinci yarısında baş vermiş iğtişaşlar dövründə ölkəni xilas edib.

“O, bütün Sovet İttifaqı üçün çox işlər görüb. Onun SSRİ hökuməti sədrinin birinci müavini, ondan əvvəl Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, sonra isə ölkə lideri kimi fəaliyyəti çox böyük əhəmiyyət kəsb edirdi”, - deyə Şvıdkoy bildirib.

© Photo : AZƏRTACMoskvada ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş gecə keçirilib
В Москве прошел вечер, посвященный 101-й годовщине со дня рождения великого лидера Гейдара Алиева
 - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Moskvada ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş gecə keçirilib
“Mən bu gün onun formalaşmasının bəzi mərhələlərini və əlbəttə ki, Naxçıvan Məclisinin sədri olduğu zaman onun Naxçıvana qayıtması, Azərbaycanın dağıldığı bir vəziyyətdə necə siyasət qurması, ölkədə baş verən üsyanlara necə müqavimət göstərməsini izlədim, oxudum, xatırladım. Bu, onun böyük daxili gücündən və bütün bunların nə üçün edildiyini dərk etməsindən xəbər verir. Bu isə Azərbaycanın çiçəklənməsi naminə edilirdi. Əsası Heydər Əlirza oğlu tərəfindən qoyulan işlər bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gerçəkləşdirilir”, - deyə Şvıdkoy qeyd edib.
O əlavə edib ki, müasir Azərbaycan öz ölkəsinin maraqlarına uyğun müstəqil siyasət aparır.
“Bu da Heydər Əliyevin düzgün təməl qoyduğunun təsdiqidir”, - deyə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi vurğulayıb.
Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı Leonid Slutski çıxışında müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinin Rusiyada da dərin ehtiramla anıldığını qeyd edib.

“Heydər Əlirza oğlu iqtisadiyyatın ən mühüm, elmtutumlu sahələrinə nəzarət etməklə Sovet İttifaqındakı yüksək dövlət postunda da çox işlər görüb. Bu günlərdə 50 illiyini qeyd etdiyimiz Baykal-Amur Magistralının tikintisi Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Prezident İlham Əliyevin bu yaxınlarda Moskvaya səfəri, o cümlədən BAM-ın 50 illiyi münasibətilə keçirilən bayramlarla bağlı olub”, - deyə Slutski bildirib.

© Photo : AZƏRTACMoskvada ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş gecə keçirilib
В Москве прошел вечер, посвященный 101-й годовщине со дня рождения великого лидера Гейдара Алиева
 - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Moskvada ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş gecə keçirilib
Siyasətçi vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev dahi atasının işini layiqincə davam etdirir. “Azərbaycan postsovet məkanında ən çiçəklənən, sabit iqtisadiyyatı olan ölkəyə çevrilib. Yoxsulluqla mübarizə proqramı uğurla icra edilib, Azərbaycan enerji nöqteyi-nəzərdən müstəqil dövlətə çevrilib”, - deyə o, əlavə edib.
“Dahi atasının ən vacib nəsihətlərindən birini yerinə yetirən İlham Heydər oğlu Qarabağı azad edib. Bu, Heydər Əlirza oğlunun rəhbərliyi ilə, indiki Prezident İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının bütün bu illər ərzində nail olmaq istədiyi nəticə, bütün bu postsovet illərinin müqəddəs və nəcib yekunudur”, - deyə Slutski bildirib.
Deputat qeyd edib ki, Azərbaycan bu gün Rusiyanın ən etibarlı tərəfdaşıdır.
“Heydər Əliyev Azərbaycan ilə Rusiya arasında konstruktiv, çoxşaxəli qarşılıqlı fəaliyyətin əsasını qoyub. Azərbaycan ən yaxın vaxtlarda hələ böyük uğurlara nail olacaq. O, artıq böyük nailiyyətlər əldə edib. Bu, Azərbaycan xalqının davamlı, əziyyətli əməyinin nəticəsidir. Mən qardaş Azərbaycan xalqına, Azərbaycanın Prezidenti İlham Əliyevə davamlı firavanlıq arzu edirəm”, - deyə Slutski vurğulayıb.
Mərasimdə Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın “İlham Əliyev. And: 20 il sonra” sənədli filmi nümayiş olunub. Tədbir konsert proqramı ilə davam etdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0