https://sputnik.az/20240508/yaxin-serqde-normallasma-ucun-hec-bir-ilkin-sert-yoxdur---zaxarova-464469067.html
Yaxın Şərqdə normallaşma üçün heç bir ilkin şərt yoxdur - Zaxarova
Yaxın Şərqdə normallaşma üçün heç bir ilkin şərt yoxdur - Zaxarova
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Yaxın Şərqdə dərin böhranın həlli üçün ilkin şərtlər yoxdur. 08.05.2024, Sputnik Azərbaycan
2024-05-08T13:40+0400
2024-05-08T13:40+0400
2024-05-08T14:25+0400
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya
mariya zaxarova
mariya zaxarova
yaxın şərq
yaxın şərq
yaxın şərq
şərt
həmas
həmas
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458412217_0:0:3072:1728_1920x0_80_0_0_9eb566953617fee43105b9c0f7881f27.jpg
BAKI, 8 may — Sputnik. ABŞ-ın İsrailə silah verməyəcəyinə şübhə ilə yanaşırıq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Diplomat Sputnik radiosuna ABŞ-ın Rəfah əməliyyatı ilə bağlı narahatlıqlar səbəbilə İsrailə silah tədarükünü dayandırması ilə bağlı mətbuatda yayılan məlumatları şərh edib. Zaxarova qeyd edib ki, Qərb zərurət yaranarsa, ayaqqabılarını dəyişə, tamam başqa mövqe tuta bilər: "Onların dediklərinə inanırsınızmı? Tədarük edəcəklər, ya da verməyəcəklər. Hər kəs belə düşünməlidir ki, heç vaxt təmin etməyəcəklər. Amma əslində tam əksinə olur". Zaxarova bildirib ki, Yaxın Şərqdə dərin böhranın həlli üçün ilkin şərtlər yoxdur. Onun sözlərinə görə, Vaşinqton və London öz mövqeyində qalıblar. "Yaxın Şərqdəki uzunmüddətli böhranın əsas səbəbləri nəinki həll edilmir, hətta təhlil edilmir. Dəhşətli dramın əsas oyunçuları tərəfindən heç bir istək yoxdur" - diplomat Sputnik radiosuna deyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Qərb özünü qanun çərçivəsində qalmaq zərurəti ilə çağırışlarla məhdudlaşdırır, halbuki region indi dəhşətli humanitar fəlakət yaşayır. Təsdiqlənmiş rəsmi məlumatlara görə, Qəzza zolağında ötən ilin oktyabrından bəri 35 minə yaxın mülki şəxs həlak olub. Birləşmiş Ştatlar sadəcə olaraq aylardır regionda növbəti geosiyasi eksperiment üçün tramplin kimi seçilən dəhşətli dramı izləyir" - Zaxarova bildirib. 2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının Qəzza zolağından İsrail ərazisinə daxil olması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və insanların girov götürülməsi ilə Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail Livan və Suriyanın anklavına və müəyyən ərazilərinə qarşı qisas almağa başlayıb. Ötən il dekabrın 1-də İsrail ordusu HƏMAS-ı noyabrın 24-dən qüvvədə olan atəşkəs rejimini pozmaqda ittiham edib və Qəzzada hərbi əməliyyatlara qayıtdığını bəyan edib. Qəzza zolağının Səhiyyə Nazirliyinin son məlumatına görə, İsrailin hərbi əməliyyatı nəticəsində anklavda qurbanların sayı 34 683 nəfərə, yaralıların sayı isə 78 018 nəfərə çatıb.
yaxın şərq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458412217_270:0:3001:2048_1920x0_80_0_0_fac10ea28d669e8eab78ea1ccaca8395.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, mariya zaxarova, yaxın şərq, yaxın şərq, yaxın şərq, şərt, həmas, həmas, həmas, həmas, fələstin
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, mariya zaxarova, yaxın şərq, yaxın şərq, yaxın şərq, şərt, həmas, həmas, həmas, həmas, fələstin
Yaxın Şərqdə normallaşma üçün heç bir ilkin şərt yoxdur - Zaxarova
13:40 08.05.2024 (Yenilənib: 14:25 08.05.2024) Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Yaxın Şərqdə dərin böhranın həlli üçün ilkin şərtlər yoxdur.
BAKI, 8 may — Sputnik. ABŞ-ın İsrailə silah verməyəcəyinə şübhə ilə yanaşırıq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Diplomat Sputnik radiosuna ABŞ-ın Rəfah əməliyyatı ilə bağlı narahatlıqlar səbəbilə İsrailə silah tədarükünü dayandırması ilə bağlı mətbuatda yayılan məlumatları şərh edib.
Zaxarova qeyd edib ki, Qərb zərurət yaranarsa, ayaqqabılarını dəyişə, tamam başqa mövqe tuta bilər: "Onların dediklərinə inanırsınızmı? Tədarük edəcəklər, ya da verməyəcəklər. Hər kəs belə düşünməlidir ki, heç vaxt təmin etməyəcəklər. Amma əslində tam əksinə olur".
Zaxarova bildirib ki, Yaxın Şərqdə dərin böhranın həlli üçün ilkin şərtlər yoxdur. Onun sözlərinə görə, Vaşinqton və London öz mövqeyində qalıblar.
"Yaxın Şərqdəki uzunmüddətli böhranın əsas səbəbləri nəinki həll edilmir, hətta təhlil edilmir. Dəhşətli dramın əsas oyunçuları tərəfindən heç bir istək yoxdur" - diplomat Sputnik radiosuna deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Qərb özünü qanun çərçivəsində qalmaq zərurəti ilə çağırışlarla məhdudlaşdırır, halbuki region indi dəhşətli humanitar fəlakət yaşayır. Təsdiqlənmiş rəsmi məlumatlara görə, Qəzza zolağında ötən ilin oktyabrından bəri 35 minə yaxın mülki şəxs həlak olub. Birləşmiş Ştatlar sadəcə olaraq aylardır regionda növbəti geosiyasi eksperiment üçün tramplin kimi seçilən dəhşətli dramı izləyir" - Zaxarova bildirib.
2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının Qəzza zolağından İsrail ərazisinə daxil olması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və insanların girov götürülməsi ilə Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail Livan və Suriyanın anklavına və müəyyən ərazilərinə qarşı qisas almağa başlayıb. Ötən il dekabrın 1-də İsrail ordusu HƏMAS-ı noyabrın 24-dən qüvvədə olan atəşkəs rejimini pozmaqda ittiham edib və Qəzzada hərbi əməliyyatlara qayıtdığını bəyan edib. Qəzza zolağının Səhiyyə Nazirliyinin son məlumatına görə, İsrailin hərbi əməliyyatı nəticəsində anklavda qurbanların sayı 34 683 nəfərə, yaralıların sayı isə 78 018 nəfərə çatıb.