Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Faktiki hava açıqlandı

© Sputnik / Ibrahim HashimovGüclü yağış Zaqatalada fədsadlar törədib
Güclü yağış Zaqatalada fədsadlar törədib - Sputnik Azərbaycan, 1920, 25.07.2024
Abunə olmaq
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
BAKI, 25 iyul — Sputnik. İyulun 25-i saat 16:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, Şəki, Şamaxı, Ağsu, Qobustan, Mingəçevir, Qax, Zərdab, İsmayllı, Oğuz, Qəbələ, Qusar, Quba, Xaçmaz, Qrız, Şahdağ, Şəmkir, Daşkəsən, Şabran, Altıağac, Gəncə, Yevlax, Yardımlı, Lerik, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdab məntəqəsində suyun səviyyəsi 143 sm, Əyriçay-Ağyazıda 14 sm, Qaraçay-Rükdə 15 sm, Türyançayda 9 sm, Katexçayda 7 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 16 sm, Kiçik Qafqaz ərazisindən axan Bəsitçayda 9 sm artım qeydə alınıb. Hazırda Qarasuçay-Zərdab məntəqəsindən sel keçir.

Bölgələrdə müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyulun 26-sı axşamadək davam edəcəyi gözlənilir.
Xəbər lenti
0