https://sputnik.az/20240507/rusiya-federasiyasi-qerbe-hesabat-vermek-ucun-secki-ve-inaqurasiya-kecirmir-464436183.html
Rusiya Federasiyası Qərbə hesabat vermək üçün seçki və inauqurasiya keçirmir
Rusiya Federasiyası Qərbə hesabat vermək üçün seçki və inauqurasiya keçirmir
Sputnik Azərbaycan
Rusiya Federasiyası öz təcrübəsini və nəticələrini maraqlananlarla bölüşməyə həmişə hazırdır. Bundan əlavə, hakimiyyət qərbli həmkarlarının suallarını... 07.05.2024, Sputnik Azərbaycan
2024-05-07T11:32+0400
2024-05-07T11:32+0400
2024-05-07T11:41+0400
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
mariya zaxarova
vladimir putin
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e8/03/17/463470639_0:0:3070:1728_1920x0_80_0_0_9abea88bd77771392ae99184264e7730.jpg
BAKI, 7 may — Sputnik. Rusiya prezidentinin andiçmə mərasimi mayın 7-də saat 12:00-da baş tutacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "TASS" informasiya agentliyinin jurnalistlərinin bu gün Qərb ölkələrinə nə demək istədiyi ilə bağlı sualını cavablandırıb. Diplomat qeyd edib ki, Rusiyada seçkilər, inauqurasiyalar və digər proseslər Qərb ölkələrinə hesabat vermək üçün həyata keçirilmir. Rusiya Federasiyası xaricdə "sevilən" və ya "nifrət edilən" olmağı qarşısına məqsəd qoymur. "Biz bütün bu prosedurları inkişaf etmək, ölkəmizin irəli getməsi üçün, vətəndaşlarımızın rifah səviyyəsini yüksəltmək, ölkəni təhlükəsiz etmək, çağırış və təhdidlərə cavab verməkdən ötrü həyata keçiririk" - Zaxarova bildirib. O, eyni zamanda əlavə edib ki, Rusiya Federasiyası öz təcrübəsini və nəticələrini maraqlananlarla bölüşməyə həmişə hazırdır. Bundan əlavə, hakimiyyət qərbli həmkarlarının suallarını cavablandıra bilər. Amma onlara "hesabat" vermək üçün tədbirlər keçirmək güclü dövlətin seçimi deyil. Zaxarova Rusiya ilə Qərb arasında mövcud münasibətləri dəyərləndirib. Onun sözlərinə görə, xarici liderlər Moskvanın uzatdığı dostluq əlini dəfələrlə rədd ediblər. Qarşılıqlı anlaşma və ölkəyə hörmətə "qan izi olan əllə" cavab verilib. "Biz bu dərsi yaxşı xatırlayırıq və buna görə də öz milli maraqlarımızı diqqət mərkəzində saxlayırıq" - Zaxarova qeyd edib. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb dövlətləri ilə mübarizə Rusiyanı yalnız gücləndirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/17/463470639_187:0:2918:2048_1920x0_80_0_0_543f8e84f88fc91f45aff181cccdc01d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, mariya zaxarova, vladimir putin, rusiya prezidenti vladimir putin
sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, mariya zaxarova, vladimir putin, rusiya prezidenti vladimir putin
Rusiya Federasiyası Qərbə hesabat vermək üçün seçki və inauqurasiya keçirmir
11:32 07.05.2024 (Yenilənib: 11:41 07.05.2024) Rusiya Federasiyası öz təcrübəsini və nəticələrini maraqlananlarla bölüşməyə həmişə hazırdır. Bundan əlavə, hakimiyyət qərbli həmkarlarının suallarını cavablandıra bilər. Amma onlara "hesabat" vermək üçün tədbirlər keçirmək güclü dövlətin seçimi deyil.
BAKI, 7 may — Sputnik. Rusiya prezidentinin andiçmə mərasimi mayın 7-də saat 12:00-da baş tutacaq.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "TASS" informasiya agentliyinin jurnalistlərinin bu gün Qərb ölkələrinə nə demək istədiyi ilə bağlı sualını cavablandırıb.
Diplomat qeyd edib ki, Rusiyada seçkilər, inauqurasiyalar və digər proseslər Qərb ölkələrinə hesabat vermək üçün həyata keçirilmir. Rusiya Federasiyası xaricdə "sevilən" və ya "nifrət edilən" olmağı qarşısına məqsəd qoymur.
"Biz bütün bu prosedurları inkişaf etmək, ölkəmizin irəli getməsi üçün, vətəndaşlarımızın rifah səviyyəsini yüksəltmək, ölkəni təhlükəsiz etmək, çağırış və təhdidlərə cavab verməkdən ötrü həyata keçiririk" - Zaxarova bildirib.
O, eyni zamanda əlavə edib ki, Rusiya Federasiyası öz təcrübəsini və nəticələrini maraqlananlarla bölüşməyə həmişə hazırdır. Bundan əlavə, hakimiyyət qərbli həmkarlarının suallarını cavablandıra bilər. Amma onlara "hesabat" vermək üçün tədbirlər keçirmək güclü dövlətin seçimi deyil.
Zaxarova Rusiya ilə Qərb arasında mövcud münasibətləri dəyərləndirib. Onun sözlərinə görə, xarici liderlər Moskvanın uzatdığı dostluq əlini dəfələrlə rədd ediblər. Qarşılıqlı anlaşma və ölkəyə hörmətə "qan izi olan əllə" cavab verilib.
"Biz bu dərsi yaxşı xatırlayırıq və buna görə də öz milli maraqlarımızı diqqət mərkəzində saxlayırıq" - Zaxarova qeyd edib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb dövlətləri ilə mübarizə Rusiyanı yalnız gücləndirir.